“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
O şagirdləri çubuqla cəzalandıracaqlar
Sinqapurda məktəb zorakılığı və kiberzorakılıq hallarının artması fonunda yeni intizam tədbiri gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, yeni qaydalara əsasən, ağır hallarda kişi şagirdlərə fiziki cəza kimi çubuqla zərbə tətbiqi nəzərdə tutula bilər.
Qaydada bu cəzanın yalnız “son çarə” kimi, digər intizam üsulları nəticə vermədikdə istifadə ediləcəyi bildirilir. Cəza maksimum üç zərbə ilə məhdudlaşdırılır və yalnız məktəb rəhbərliyinin təsdiqi ilə həyata keçirilə bilər.
Ölkənin təhsil naziri Desmond Li parlamentdə çıxışı zamanı bildirib ki, bu tədbir yalnız ağır zorakılıq hallarında tətbiq olunacaq və qərar verilməzdən əvvəl şagirdin yaşı, davranışı və psixoloji vəziyyəti kimi amillər nəzərə alınacaq.
Yeni qaydaya görə, çubuq cəzası yalnız doqquz yaşdan yuxarı oğlan şagirdlərə şamil ediləcək. Qız şagirdlər isə bu cəzadan istisna olunur və onlar üçün alternativ intizam tədbirləri, məsələn, təhsildən kənarlaşdırma və davranışa nəzarət üsulları tətbiq ediləcək.
Bildirilir ki, qərar uzunmüddətli müzakirələrdən sonra qəbul olunub və məqsəd məktəb zorakılığı hallarının qarşısını almaqdır. Cəza tətbiq edilən şagirdlərin sonradan psixoloji dəstək proqramlarına yönləndiriləcəyi də qeyd olunur.
Beynəlxalq təşkilatlar, o cümlədən UNICEF və ÜST isə fiziki cəzanın uşaqların psixoloji və fiziki inkişafına mənfi təsir göstərə biləcəyini vurğulayaraq bu yanaşmanı tənqid edirlər.























































