Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Lənkəranda 36 yaşlı kişi çayxanada bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Girdəni kəndində yerləşən çayxanalardan birində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri – 42 yaşlı Eldəniz Hüseynov ilə 36 yaşlı Samik Bayramov arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Eldəniz Hüseynov həmkəndlisinə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Ona döş qəfəsi və bud nahiyəsinin açıq yaraları diaqnozu qoyulub və əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı























































