Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
ABŞ İranın təklifinə cavab verdi
“Vaşinqton Tehranın irəli sürdüyü 14 bəndlik sülh planına rəsmi cavabını vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırıb”.
“Qafqazinfo” SNN-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O bildirib ki, ABŞ-nin cavab məktubu vasitəçi qismində çıxış edən Pakistan vasitəsilə daxil olub və hazırda rəsmi Tehran sənədi nəzərdən keçirir.
Xatırladaq ki, İran tərəfi müharibənin dayandırılması və Hörmüz boğazının açılması üçün 14 bənddən ibarət plan təklif etmişdi. Bu planda sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və ABŞ qoşunlarının bölgədən çıxarılması kimi tələblər yer alırdı.
Lakin ABŞ Prezidenti Donald Tramp bu təkliflərdən tam razı qalmadığını artıq nümayiş etdirib. Ağ Evdən sızan məlumatlara görə, Vaşinqtonun cavabında Tehranın ilkin plandan çıxardığı nüvə proqramı məsələsi yenidən əsas şərt kimi masaya qoyulub. ABŞ tərəfi xüsusilə uranın zənginləşdirilməsinin dayandırılması və obyektlərdə beynəlxalq nəzarətin bərpası ilə bağlı düzəlişləri israrla tələb edir.























































