Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

04 May 2026 08:15Manşet / Dünya

Makron Ermənistana səfər etdi

 

Fransa Prezidenti Emmanuel Makron Ermənistana səfər edib.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, İrəvanın “Zvartnots” hava limanında Fransa liderini Ermənistan Prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.

Məlumata görə, mayın 4-də Emmanuel Makron İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edəcək. Mayın 5-dən isə onun Ermənistana rəsmi dövlət səfəri başlayacaq.

Qeyd edək ki, səfər çərçivəsində Makronun Baş nazir Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb. Liderlər arasında bir sıra sənədlərin imzalanması və mətbuata bəyanatlarla çıxış edilməsi gözlənilir.