Menu
Xəbər Lenti
Qələbənin 44 anı...
Dünən, 20:50

Qələbənin 44 anı...

Neftimiz bahalaşdı
Dünən, 11:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
Dünən, 11:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
Dünən, 11:18

Avropaya köçür

04 İyul 2024 14:12Manşet / Gündəm

Partiya mənsubundan Avropa Məhkəməsinə etiraz- "İkiüzlü siyasət yürüdən qurumun cəriməsindən imtina edirəm!"

 

Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli Avropa Məhkəməsinə etiraz məktubu ünvanlayıb.


Partiyanın səlahiyyətli nümayəndəsi 2019-cu ildə müraciət etdiyi Avropa Məhkəməsinin Azərbaycan hökümətinə kəsdiyi 1500 avrodan imtina edib.


Partiya rəsmisi qurumun Azərbaycana qarşı ikiüzlü siyasətini, ermənipərəst mövqeyini əsas gətirərək Azərbaycan hökumətinə kəsdiyi cəzadan qəti şəkildə imtina edib.


Məktubu olduğu kimi təqdim edirik:


"2019-cu ildə sərbəst toplaşmaq hüququmuzun pozulması səbəbilə mən və təmsil olunduğum Gələcək Azərbaycan Partiyasının rəhbərliyi Avropa Məhkəməsinə pozulmuş hüquqlarımızın bərpası ilə bağlı müraciət etmişdik. Bu günlərdə mənə məlum oldu ki, etdiyimiz müraciətdə haqlı sayılmış və şikayətlərimiz fonunda Məhkəmə şəxsən mənim pozulmuş hüquqlarımın bərpası fonunda Azərbaycan dövlətinin mənə 1500 avro təzminat ödəməsi barədə qərar çıxarmışdır.


Bu aldığım məlumatdan həmən sonra təmsil olunduğum Gələcək Azərbaycan Partiyası - GAP sədri, hörmətli Ağasif Şakiroğlunun rəsmi facebook səhifəsində etdiyi müraciət və çağırışla tanış oldum. Eyni zamanda, şəxsi görüşümüz zamanı bir çox məsələnin fərqinə vardım. Və gördüklərim, öyrəndiklərim fonunda sədrim Ağasif Şakiroğlunun tam haqlı mövqeyini dəstəkləmək haqqında qərar verdim.


Bu səbəbdən də Avropa Məhkəməsinin “ədalətli qərarını” boykot edir, verilmiş təzminatdan imtina edərək mən də Ağasif bəyin çağırışına qoşuluram.


Hər kəsə məlumdur ki, Avropa Şurası Parlament Assambleyası ölkəmizə qarşı hər zaman qərəzli mövqe sərgiləyib. AŞPA-nın hazırda Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti ümumavropa strukturlarının ölkəmizlə bağlı apardığı siyasətin tərkib hissəsidir. Bu gün Avropa strukturları və təşkilatlarının Azərbaycanla bağlı siyasətlərinin vahid mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunduğuna şübhə yoxdur.


Mən də öz növbəmdə bu və digər səbəblərdən Avropa Məhkəməsinin qəbul etdiyi qərarı rədd edirəm!


Mənim üçün pozulmuş hüquqlarım Qarabağımızdan, vətənimizdən, dövlətimizdən və partiya rəhbərliyimin qərarından üstün deyildir.


Yaşasın bütöv və qüdrətli Azərbaycan!"


 

Aslan Həmidli

Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi