“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
ARHD Media İnformasiya Agentliyində rəhbərlik və əməkdaşlar arasında strateji görüş keçirildi
2 may 2026-cı il tarixində ARHD Media İnformasiya Agentliyində rəhbərlik və əməkdaşlar arasında rəsmi görüş keçirilmişdir. Görüşdə agentliyin rəhbəri İsmayıl Zalov və qurumun müxtəlif struktur bölmələrində fəaliyyət göstərən əməkdaşlar iştirak etmişlər.
Görüş işgüzar və konstruktiv mühitdə baş tutmuş, tədbir çərçivəsində agentliyin mövcud fəaliyyəti, informasiya siyasəti, həyata keçirilən layihələr, eləcə də qarşıda duran prioritet istiqamətlər və strateji inkişaf planları geniş şəkildə müzakirə olunmuşdur. Xüsusilə media sektorunda baş verən yeniliklər, rəqəmsallaşma prosesinin sürətləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri diqqət mərkəzində olmuşdur.
Çıxış edən İsmayıl Zalov informasiya mühitində operativliyin və obyektivliyin qorunmasının əhəmiyyətini xüsusi vurğulamış, dəqiq və etibarlı xəbərlərin ictimaiyyətə çatdırılmasının agentliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu qeyd etmişdir. O, bu istiqamətdə əməkdaşların üzərinə düşən məsuliyyətin böyük olduğunu bildirmiş, onların peşəkar hazırlığını, operativ fəaliyyətini və quruma sədaqətini yüksək qiymətləndirmişdir.
Görüş zamanı əməkdaşlar tərəfindən müxtəlif təklif və təşəbbüslər irəli sürülmüş, media fəaliyyətinin daha da təkmilləşdirilməsi, informasiya axınının keyfiyyətinin artırılması və idarəetmə mexanizmlərinin optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Səsləndirilən təkliflər diqqətlə dinlənilmiş, onların həyata keçirilməsi imkanları ətrafında geniş müzakirələr aparılmış və bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
Eyni zamanda, kollektivin peşəkar inkişafının dəstəklənməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarının təşkili, daxili koordinasiyanın gücləndirilməsi və komanda ruhunun daha da möhkəmləndirilməsi kimi məsələlər də gündəlikdə yer almışdır.
Görüşün sonunda İsmayıl Zalov agentliyin kollektivinə göstərdikləri yüksək peşəkarlığa, məsuliyyətli fəaliyyətə və quruma olan sədaqətlərinə görə təşəkkürünü bildirmiş, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışdır. O, qarşıdakı dövrdə də birgə səylərlə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini ifadə etmişdir.
ARHD.MEDİA









































































