Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Quql “Qarderob” funksiyasını təqdim edəcək
Quql şirkəti “Quql fotoları” tətbiqində istifadəçilərə süni intellekt vasitəsilə geyim seçməyə kömək edəcək yeni “Qarderob” funksiyasını istifadəyə verməyə hazırlaşır.
“Qafqazinfo” “MacRumors”a istinadən xəbər verir ki, bu funksiya istifadəçinin qaleriyasındakı şəkilləri analiz edərək avtomatik şəkildə rəqəmsal qarderob yaradacaq və geyimləri kateqoriyalara böləcək.
Məlumata görə, tətbiqin “Kolleksiyalar” bölməsində ayrıca “Qarderob” hissəsi yerləşəcək.
Burada geyimlər üst, alt və digər kateqoriyalar üzrə sıralanacaq. İstifadəçilər müxtəlif geyimləri birləşdirə, kombinlər yarada, nəticələri yadda saxlaya və ya başqaları ilə paylaşa biləcəklər.
Funksiya, həmçinin virtual sınaq imkanı da təqdim edəcək.
Belə ki, istifadəçilər seçdikləri geyimləri rəqəmsal avatar üzərində yoxlayaraq real seçim etməzdən əvvəl görünüşü qiymətləndirə biləcəklər.
Yeniliyin yay aylarında əvvəlcə Android istifadəçiləri üçün təqdim olunacağı, daha sonra isə iOS cihazlara gələcəyi gözlənilir.























































