Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Maykl”dan 217 milyon dollarlıq - Kassa rekordu
Musiqi əfsanəsi Maykl Cekson haqqında çəkilən “Maykl” filmi qlobal kassada möhtəşəm start alaraq, musiqi bioqrafiyası janrında yeni rekord müəyyənləşdirib.
“Qafqazinfo” xəbər verir ki, film ilk həftəsonunda 217,4 milyon dollar gəlir əldə edib.
Mübahisəli istehsal prosesi, sərt tənqidlər və “Pop kralı”nın irsi ilə bağlı iddialar fonunda ekran işi kommersiya baxımından gözləniləndən xeyli böyük nəticə göstərib.
Film ABŞ və Kanada kinoteatrlarında 97 milyon dollarla açılıb. Beynəlxalq bazarlarda isə 120,4 milyon dollar gəlir əldə edərək, ümumi qlobal açılışını 217,4 milyon dollara çatdırıb. Bu göstərici musiqi bioqrafiyası janrı üçün yeni rekord hesab olunur.
Film ilkin proqnozları da üstələyib. Təxminlər 70 milyon dollar civarında olsa da, nəticə bu rəqəmi xeyli geridə qoyub. Bununla film 2015-ci ildə 60,1 milyon dollarla açılan “Straight Outta Compton” və 2018-ci ildə 51 milyon dollarla açılan “Bohemian Rhapsody” kimi əvvəlki uğurlu bioqrafik filmləri də geridə qoyub.
“Əvvəldən bunun mümkün ola biləcəyinə dair bütün əlamətlər var idi. Bütün auditoriya seqmentlərində böyük maraq görürdük”, - “Lionsgate” prezidenti Adam Foqelson “Associated Press”ə (AP) bildirib.
Film hazırda dünyanın əksər ölkələrində nümayiş olunur. Yeganə istisna Yaponiyadır, orada nümayişin iyun ayında başlanacağı planlaşdırılır.
Təxminən 200 milyon dollarlıq büdcəsi ilə “Maykl” bütün dövrlərin ən bahalı bioqrafik filmlərindən biri sayılır. Güclü açılış fonunda filmin ümumi gəlirdə 910 milyon dollar qazanan “Bohemian Rhapsody”ni geridə qoyaraq, ən gəlirli musiqi bioqrafiyası ola biləcəyi ehtimal edilir.
Filmlə bağlı rəylər, əsasən, mənfidir. Hətta Maykl Ceksonun bacısı Canet Cekson və qızı Paris Cekson da daxil olmaqla, Cekson ailəsinin bəzi üzvləri filmə qarşı çıxıblar. Paris Cekson filmi “fantaziya dünyası” adlandırıb.
Filmin istehsal prosesi də ciddi problemlərlə müşayiət olunub. Çəkilişlər başa çatdıqdan sonra prodüserlər böyük hüquqi və maliyyə problemi ilə üzləşiblər. Səbəb filmin üçüncü hissəsinin o vaxt 13 yaşında olan və Maykl Ceksonun 1994-cü ildə 23 milyon dollarlıq razılaşma ödədiyi Cordan Çandlerə qarşı ittihamlara fokuslanması olub. Lakin həmin razılaşmanın şərtləri filmdə Çandlerdən bəhs etməyi qadağan edib.
Nəticədə filmin əhəmiyyətli hissəsi kəsilib və yenidən çəkilib. Bu proses filmin büdcəsinə təxminən 50 milyon dollar əlavə xərc yaradıb. Rejissor Antuan Fuqua və ssenarist Con Loqan isə hər hansı ittiham ortaya çıxmazdan əvvəl filmin sonluğunu 1988-ci ilə keçirərək, yenidən montaj ediblər.























































