Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov – Dövlətə sədaqətin, liderliyə bağlılığın və ictimai xidmətin nümunəsi
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Zərifə Əliyeva fenomeni – elmin, humanizmin və şəfqətin zirvəsi”
“Dəyişən dünyanın dəyişməz insanları”
Atatürk Mərkəzinin rəhbəri, Akademik Nizami Cəfərovun layihəsi
XALQIN ADAMI – Milli Aviasiya Akademiyasının baş hüquqşunası, ictimai-siyasi xadim, polkovnik, böyük ziyalı İbrahim Quliyev... Şəxsiyyətin analizi.
I yazı
Məhdud dairədə də, cəmiyyətdə də ovqat və dinamika yaradan insanlar zamanın nəbzini tənzimləyir. Onlarsız zaman anlamını itirər, nümunə və meyarlar isə nəhayətsizlik vakuumunda it-bata düşər. Dünyada və Azərbaycanda da nizam ona görə pozulmur ki, zamanın nəbzini tənzimləyən insanlar var. Elə insanlar az olsa da, hər halda birini də biz tanıyırıq. Deyirlər ki, dünya dörd sütundan ibarətdir, bu sütunlar isə yaxşıların çiyinlərində dayanaqlıdır.
Milli Aviasiya Akademiyasının baş hüquqşunası, ictimai-siyasi xadim, polkovnik, böyük ziyalı İbrahim Quliyevdən danışarkən təcümeyi-halında diqqəti çəkən ilk məqam insan üçün gərəkən elmi-savadın, bacarığın, zəhmətin verdiyi üstünlüklərdən yararlanaraq cəmiyyətdə mövqeyini müəyyənləşdirə bilməyin şahidi olursan!
Bu dünyada insana yaşamaq haqqı verən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə, gücünə, zəhmət əmsalına görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tanrının taleyinə bəxş etdiyi hər hansı bir yükü (missiyanı) qisməti kimi qəbul edən insanda ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açılan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol açır... Güclü xarakterə, bütöv əqidəyə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişini ictimai mənasını dərk edincə ona verilən tutiya ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını daşımalı olduğunun da fərqinə varır. Bu fürsətdən ictimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularını coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda biruzə verir.
Uzun illər apardığımız müşahidələrimizə görə, bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına, torpağına can-başla xidmət edən şəxsiyyətlərdən biridir İbrahim Quliyev. Onun bu günədək gördüyü təqdirəlayiq işlər, xeyriyyəçilik missiyaları, ictimai-siyasi xadim, alim və ziyalı kimi nümunəvi fəaliyyətini böyük ruh yüksəkliyi ilə dilə gətiririk. İbrahim Quliyev genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır.
Ulu Öndər Heydər Əliyev yaşadığı müddətdə bu qəbildən olan insanları özündən bilirdi. Bu qəbildən, əxlaq modelinə sahib olanları əsl Azərbaycanlı kimi sevib əzizləyirdi. Bütün mərəhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına incəliklərinə qədər izləməsi proseslərin içərisində olması da onun – İbrahim Quliyevin özəlliklərə qadir olduğunun aydın göstəricisidir.
Onun genişəhatəli fəaliyyəti tarixdə yaşamış fədakar babalarımızın ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidir. Düşünürük ki, İbrahim müəllimin irihəcmli fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri-layihələri, proqramları, xeyriyyəçilik fəaliyyətini (elm üçün, şəhid və qazi ailələri üçün) bir məqalədə nə saymaqla, nə də yazmaqla çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onu rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük üərk sahibinin canfəşanlıqla çalışmalarından, uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Etibar deyilən böyük bir nəsnə təkcə bir yüngül söz olaraq qəbullanmır. Etibar deyəndə Allahın dərkində böyük bir anlamdan bəhs olunur. Cəmiyyəyin etibarını qazanmaq, xalqın etibarını qazanmaq. Ən ümdəsi Allahın ləyaqətli bəndəsi olaraq bütün etibarın fonunda axirətini qazanmaq. İbrahim müəllim nə vaxt xalqın sevimlisinə çevrildi? Nə vaxt xalqın doğmasına çevrildi? Xalq, kütlə hər an öz seçdiklərindən umur. Umur və tələb edir. Dedik axı, etibar etdiklərindən umur. İbrahim Quliyev dövlətinə, xalqına göstərdiyi xidmətləri ilə seçilənlərdəndir. Xalqı onu köynəyinin içindən keçirərək doğması etdi.
Xalqın adamı, bu ödül hər kəsin qismətinə yazılmır. Bu ödül humanizmin ən həssas, insanı duyğulandıran, özünəinam yaradan ali nümunəsini ortaya qoymaqdır. İbrahim müəllim insanlığa xas olan bir çox mənəvi keyfiyyətlərlə zəngin yeni ənənələrin təmsilçisidir. Onun xeyirxahlığı vətənin hər nöqtəsinə yayılmışdır. Ürəyinin işığından hər kəsə pay düşür. İstər şəhid ailəsi olsun, istər qazi ailəsi olsun, istər sıradan bir ailə başçısını itirən ailə olsun, istər fiziki cəhətdən məhdudiyyəti olan olsun, istər valideynlərini itirmiş köməksiz uşaq olsun, istər təhsil almaq istəyib ala bilməyən, böyük arzularla yaşayan yeniyetmə olsun, hər kim olur-olsun, vətən övladı, xalqın övladı üçün İbrahim Quliyev mənəvi atadır. Xeyirxahlığın, insanın insana təkcə maddi yox, həm də mənəvi bağlılığının, birliyinin parlaq nümunələrini göstərdi və göstərməkdədir böyük ziyalı. O, dünyaya məhəbbətlə qucaq açıb, bütün insanları bir evin sakini, dərddaşı, ruhdaşı kimi qəbul etdiyini həm çıxışlarında, həm də əməllərində böyük sevgi ilə səsləndirir. Bax, bu da onun Azərbaycan adlı böyük vətəndə tanınmasına, sevilməsinə, adının etiramla çəkilməsinə böyük sübutdur. Etibarın açmasını deyəsən yetərincə verə bildik. İbrahim Quliyevin genişhəcmli ictimai-siyasi və sosial fəaliyyəti bütün aydınlığı ilə göstərir ki, o, təkcə öz ailəsinə, doğmalarına deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəldib. Xalqa bunca ürəkdən xidmət etməsi milli ruha, Azərbaycançılıq ənənələrinə bağlılığının başlıca amilidir. Belə insanlar çəkdiyi əziyyətlərin bəhrəsini görəndə qəlbləri rahatlıq tapır. Düşünürük ki, İbrahim Quliyev tarixdə qalacaq bir bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən biri də odur ki, o düşüncə-xəyallardan deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirdiyi obrazdır. Onun xeyirxahlıq nümunəsi olan portretində parlaq cizgilər yetərincədir. Tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah insanlarımızın obrazını istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda yaradanda çox zaman onu sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edilir. Lakin, burda bir haşiyə çıxılır, görünən kəndə nə bələdçi. İbrahim müəllim öz fədakar Azərbaycanlı xarakteri, xeyirxah insan obrazı ilə çoxdan vətən tarixinə öz adını yazdırmışdır. İbrahim Quliyevin obrazı həyatdan gələn bir obrazdır. Vətənpərvər, maarifpərvər, milli düşüncəyə, Azərbaycançılıq məfkürəsinə malik olan qəlbində vətən-xalq sevgisi çağlayan və bu yolda ömür əridən vətən ziyalısıdır. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə layiqli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş ata kimi, qardaş kimi sevilən bir Azərbaycan kişisidir. Onu tanıyanlar, İbrahim müəllimi evinin hamisi, qardaşı, dostu, atası... kimi səciyyələndirir. Bu onun Tanrıdan gələn tale yazısı, ömür mükafatıdır. Hər bir Allah bəndəsinə nəsib olmayan, Allahın seçdiyi, qiymətləndirdiyi, inandığı Allah bəndəsi. İbrahim müəllim çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Lakin Allahın ən ali mükafatı cənnətini, rəhmətini bu dünyada qazanmaqdır. Hər bir müsəlmanın arzusunda olduğu “Allahın gözəl bəndəsi” ifadəsi isə hər kəsə qismət olmur. Bu ifadə İbrahim Quliyevin ana südü qədər halal haqqıdır. Nə qədər şəhid ailəsi, nə qədər qazi ailəsi, nə qədər aztəminatlı ailələrin nümayəndələri... bu xeyirxah insana öz təşəkkür borclarını ishar etməkdədirlər...
Bu gün ictimai-siyasi, sosial həyatımızın elə bir sahəsi yoxdur ki, İbrahim müəllim ora nəzər yetirməsin, qayğısını əsirgəməsin, göstərməsin. Xalqın sosial, mədəni, elm-təhsil həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğularını aşılamaq, gəncliyə yol açmaq, təhsilləndirmək, onları vətənpərvər ruhda tərbiyə etmək – budur İbrahim müəllimin istəyi. Azad Azərbaycanın adına yaraşan vətəndaş əxlaq modeli. O, ixtisasca hüquqşunasdır, ədalət carçısıdır. Bu gün Azərbaycanın Milli Aviasiya Akademiyasında baş hüquqşunas vəzifəsində çalışır. Lakin onun fəaliyyəti tək bu vəzifə ilə məhdudlaşmır. İbrahim müəllim Azərbaycanını ali duyğularla sevən bir vətəndaşdır. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, İbrahim müəllimlə ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanlara bəllidir. Ümumiyyətlə bəşər övladına zinət verən sadaladığımız xüsusiyyətlər cəmiyyətdə böyük sevgi hissi ilə qarşılanır...
Qədim yunan filisofları o insanı kişilikdə yüksək sayırdılar ki, savadlı, mərd, cəsarətli olsun! İbrahim Quliyevin xidmətləri sadalamaqla bitməz... Dəqiq bilirik ki, İbrahim müəllimin vətən üçün etdiyi xeyirxah əməllərini görüb süfrə başında “Allah İbrahim Quliyevin balalarını saxlasın” deyərək alqış edənlər sonsuzdur! Dəqiq bilirik ki, İbrahim Quliyev nə qədər çətin mənəvi durumda olursa olsun hər bir kəsə o xeyirxah ürəyindən pay verməyə imkan tapır. Narahat insandır İbrahim müəllim. El üçün ağlayandır. Öz xalqına hörmət bəsləyən insan onu ürəyinin başında saxlamalıdır. İbrahim Quliyevbu nümunəni göstərib.
İbrahim Quliyevkimdir sualına bu cavabı da vermək olar: “Self made man” - “Çelovek sdelavşiy sam sebya” – özü-özünü insan etmiş gözəl ziyalı, görkəmli, həqiqi vətənpərvər insandır.
Yüz il hakim olsan, öz zəhmətimə,
Mən səndən mükafat uman deyiləm!
İmzan ləkə olar, ləyaqətimə,
Dağam mən, dağdakı duman deyiləm!
İbrahim müəllimi xarakterizə etmək üçün bu şeirin bu bəndi yetərlidir. İnsan var dağdı, insan var dağın dumanıdır. Dağın başını duman ala bilər, amma... Açması müdrik insana məlumdur. Qurani Kərimlə nizamlanan həyat onsuz da İlahinin dərgahında yüksək tutulan xeyirxah insanın Yerini irfani insan kimi daha da zinətləndirir. Hələlik Lənkəranlılar, eləcə də bütün Azərbaycanlılar ərklə diləyə biləcəkləri ünvanın varlığı ilə ümidlənirlər. Hələlik şəhid ailələri, qazi ailələri, qazilər onun himayəsini gözləyir. Allahın mərhəmət və şəfqət üçün yaratdığı bu Allah bəndəsinin varlığına şükürlər edirlər!
Və İbrahim Quliyevçox dərdlərin dərdinə yardımçıdır! Zamanın nəbzi belə insanların varlığına görə normal vurur – Xalqın Adamı olmayanda yetim görünür məmləkət.
Xeyirxahlığın insanın insana təkcə maddi yox, həm də mənəvi bağlılığının, birliyinin parlaq nümunələrini göstərməkdədir İbrahim müəllim.
İbrahim Quliyevi digərlərindən fərqləndirən odur ki, onun xalqına, vətəninə qarşı sevgisi uzunömürlü sevgilərdəndir. Bu sevgi isə Allahdan gələn bir lütfdür. Sevgi dolu, qayğı dolu, mərhəmət dolu, məhəbbət dolu, səxavət dolu bir qəlbi, bir qəlb sahibini Azərbaycan üçün bəxş edib.
İşıqlı əməllər sahibi, İbrahim müəllim yolunuz açıq, ömrünüz uzun olsun. Xalqınıza bəxş etdiyiniz sevgi ovqat olaraq özünüzə qayıtmaqdadır. Xalqın sevgisi isə çox bərəkətlidir...
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü






















































