Menu
Xəbər Lenti
Təbrik Məktubu
Bugün, 17:15

Təbrik Məktubu

İmtahan günüdür
Bugün, 12:23

İmtahan günüdür

Arda Turan cəzalandırıldı
24-04-2026, 09:50

Arda Turan cəzalandırıldı

26 Aprel 2026 15:27Manşet / Gündəm / Sosial

Sənətkarlığın zirvəsində 60 il – Balabəy Balabəyovun yubileyi

 

Mürəkkəb sədəf işləməsi və qiymətli daşlarla bəzədilmiş musiqi alətlərinin hazırlanmasında yüksək məharəti ilə tanınan hörmətli Azərbaycan sənətkarı Balabəy Balabəyovun 60 illik yubileyi tamam olur. Bu əlamətdar gün münasibətilə onu dərin ehtiram və böyük sevgi ilə yad edirik.


Balabəy Balabəyov öz sənəti ilə yalnız ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınmış nadir ustalardandır. Onun əl işləri incə zövqün, zəhmətin və milli sənət ənənələrinin harmoniyasını özündə əks etdirir. Xüsusilə sədəflərlə işlənmiş musiqi alətləri sənətkarın yüksək peşəkarlığının bariz nümunəsidir.


Sənətkarın həyatında xüsusi yer tutan məqamlardan biri də onun əsərinin Luvr Muzeyi kimi dünya şöhrətli bir məkanda nümayiş etdirilməsidir. Balabəy Balabəyov bu nüfuza layiq görülən ilk azərbaycanlı sənətkar kimi tarixə düşmüşdür. Bu şərəf ona, sədəflərlə bəzədilmiş tarı Ümummilli Lider Heydər Əliyevə təqdim etdikdən sonra qazanılmışdır və həmin əsər sonradan Luvrun möhtəşəm kolleksiyasına daxil edilmişdir.


Balabəy Balabəyovun əsərləri təkcə Fransa ilə məhdudlaşmır. Onun sənət nümunələri Türkiyə, Hindistan, Almaniya, Danimarka, İsveçrə və İran kimi ölkələrdə də nümayiş etdirilmiş, böyük maraq və rəğbətlə qarşılanmışdır. Bu isə sənətkarın yaradıcılığının beynəlxalq miqyasda qəbul olunduğunu bir daha təsdiqləyir.


Əziz və dəyərli sənətkar Balabəy Balabəyov!
Sizi kollektivimiz adından 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, uzun ömür, yaradıcılığınızda yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq. Qoy sənətiniz hər zaman yaşayaraq gələcək nəsillərə ilham versin!


 

Nisə Rafiqqızı

AJB-nin üzvü