Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
“O zaman Mamdani gəlib Xocalı soyqırımı abidəsinə gül dəstəsi qoymalıdır”
“Bir müddətdir İrəvan bölgəsindən erməni zülmünə görə Türkiyəyə köçləri araşdırıram. Həm rəsmi sənədlərə baxıram, həm də xatirələrə. Xatirələrdə hadisələrin dəhşətini və vəhşətini daha aydın duymaq olur. Əsasən də qərb istiqamətindən bölgəmizə gələn erməni dəstələrinin törətdikləri qətliamlar, yağmalar daha böyük faciələrə səbəb olub”.
“Qafqazinfo” xəbər verir ki, bunu tarixçi, araşdırmaçı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dilqəm Əhməd sosial şəbəkə hesabında yazıb.
“Onlar həm İrəvanda, həm Zəngəzurda, həm Naxçıvanda, həm də Qarabağda qırğınlar törədiblər. Bakı və ətrafında Şaumyanın törətdiyi Mart soyqırımı isə daha böyük faciədir ki, biz onu rəsmi şəkildə soyqırımı adlandırmışıq. Ayrıca ermənilər Qars, Ərzurum, İğdırda da eyni qətliamları törədiblər”, - o qeyd edib.
Dilqəm Əhməd əlavə edib ki, əsrin sonunda ermənilər Xocalı soyqırımı başda olmaqla, çoxsaylı cinayətlərə yol verdilər:
“Vətən müharibəsi zamanı Bərdə və Gəncəyə hücumları da ən son cinayətləri oldu.
Amma Azərbaycan əsilzadə davranış sərgiləyərək, torpaqlarımızı azad etdikdən sonra dinc yaşamaq, Qafqazda əbədi sülh üçün hər şeyi etdi. Hazırda da bu istiqamətdə mühüm işlər gedir. Baxmayaraq ki, müharibənin qızışması, iyul hadisələri və sair bildiyiniz şeylər Paşinyanın vaxtında oldu, amma onu da görürük ki, erməni Baş nazir hər cür provakasiyanın, daşnak təfəkkürün əleyhinədir. Yəni sülh üçün tarixi fürsət ələ keçib, Tramp da bu işdə vasitəçilik edir, bir sözlə müsbətə doğru gedir. Paşinyanın Türk bayrağına qarşı edilənlərə münasibəti də göz qabağındadır.
Amma bütün bu müsbət hadisələrin fonunda müharibədən sonra tifaqı dağılmış erməni lobbisi Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin timsalında özünə can vermək istəyir.
Cənab Mamdani gərək həm keçmişə qarşı ədalətli olsun, həm də gələcəyə baxsın. Hər halda Qafqazdakı ermənilər, Qafqazdakı ermənilərin başçısı özləri üçün ən doğru yolu seçiblər. İndiki halda keçmişə söykənmək gərəkərsə, o zaman 31 Martda Mamdani daha geniş bəyanat verməli, gəlib Xocalı soyqırımı abidəsinə gül dəstəsi qoymalıdır.
Qafqaz rus işğalından bəri böyük güclərin oylağına çevrilib. Arzu edirik ki, sönmüş münaqişə ocağını istər Amerikadan, istər Rusiyadan, istər bölgəmizdə xarici əllərin yenidən alovlandırması mümkün olmasın”.























































