Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov – Dövlətə sədaqətin, liderliyə bağlılığın və ictimai xidmətin nümunəsi
Müasir Azərbaycanın ictimai-siyasi həyatında yerli təşkilat rəhbərlərinin rolu danılmazdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov öz fəaliyyəti, dövlətə və dövlətçiliyə sədaqəti, xalqına bağlılığı ilə seçilən nüfuzlu şəxslərdən biridir. Onun gördüyü işlər, həyata keçirdiyi təşəbbüslər və göstərdiyi yüksək təşkilatçılıq qabiliyyəti İsmayıllı rayonunda ictimai-siyasi sabitliyin qorunmasına, vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfələr verir.
Zaur Muradov öz fəaliyyətində hər zaman Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyev ideyalarına sadiq qalaraq bu siyasi kursunasadiqliyi ilə seçilir. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin hərtərəfli tərəqqisinin əsasını təşkil edir. Məhz bu siyasi xəttə sədaqət Zaur Muradovun fəaliyyətində də aydın şəkildə öz əksini tapır. O, Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərini rayon səviyyəsində uğurla təbliğ edir, vətəndaşlar arasında dövlətə inamın və milli həmrəyliyin gücləndirilməsinə çalışır.
Zaur Muradov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən rəhbər kimi tanınır. Onun fəaliyyəti Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna uyğun şəkildə qurulmuşdur. Bu isə rayonun sosial-iqtisadi inkişafında, əhalinin rifah halının yüksəldilməsində öz müsbət nəticələrini göstərir.
İsmayıllı rayonunda həyata keçirilən sosial layihələr, vətəndaş müraciətlərinə operativ və həssas yanaşma, şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət Zaur Muradovun rəhbərlik üslubunun əsas xüsusiyyətlərindəndir. O, hər zaman həssas təbəqələrə qayğı ilə yanaşır, onların problemlərinin həlli üçün konkret addımlar atır. Bu isə onun humanist və məsuliyyətli rəhbər obrazını daha da gücləndirir.
Zaur Muradovun təşkilatçılığı ilə keçirilən tədbirlər, konfranslar və maarifləndirici layihələr rayon əhalisinin ictimai fəallığının artırılmasına xidmət edir. Gənclərlə iş sahəsində onun xüsusi fəaliyyəti diqqətəlayiqdir. O, gəncləri dövlətçilik ruhunda tərbiyə etməyə, onları milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda formalaşdırmağa böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr gələcəyin layiqli vətəndaşlarının yetişməsinə mühüm töhfə verir.
Bundan əlavə, Zaur Muradovun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı daim yeniliklərə çevik və müasir idarəetmə prinsiplərinə əsaslanan bir qurum kimi fəaliyyət göstərir. O, komandasını düzgün formalaşdıraraq kollektiv daxilində sağlam iş mühiti yaradır, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirir. Bu da təşkilatın fəaliyyətinin daha səmərəli və məqsədyönlü olmasını təmin edir.
Zaur Muradovun fəaliyyəti yalnız təşkilati məsələlərlə məhdudlaşmır. O, eyni zamanda rayonun ictimai həyatında fəal iştirak edir, müxtəlif sosial aksiyaların, xeyriyyə tədbirlərinin təşəbbüskarı kimi çıxış edir. Onun bu fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və geniş rəğbətlə qarşılanır. İnsanlara yaxın olmaq, onların problemlərini dinləmək və həllinə çalışmaq onun əsas prinsipidir.
Qeyd etmək lazımdır ki, Zaur Muradovun uğurlarının əsasında onun dövlətə sədaqəti, peşəkarlığı və yüksək məsuliyyət hissi dayanır. O, hər zaman öz fəaliyyətində şəffaflıq və ədalət prinsipini rəhbər tutur. Bu xüsusiyyətlər isə onu həm rəhbərlik etdiyi kollektiv, həm də rayon ictimaiyyəti arasında hörmətli və etibarlı şəxsə çevirir.
Zaur Muradovun timsalında biz müasir Azərbaycan rəhbərinin ideal obrazını görürük – dövlətinə bağlı, xalqına xidmət edən, liderinə sadiq və daim inkişafı hədəfləyən bir şəxsiyyət. Onun fəaliyyəti bir daha sübut edir ki, düzgün idarəetmə, güclü liderlik və səmimi münasibət istənilən sahədə uğurun əsas açarıdır.
Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov öz fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur. O, Heydər Əliyev ideyalarına sadiq qalaraq və Prezidentİlham Əliyev siyasətini dəstəkləyərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə öz töhfəsini verməkdə davam edir. Onun gələcək fəaliyyətinin də uğurlarla zəngin olacağına və ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə şübhə yoxdur.
Fərid Faiqoğlu






















































