Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
Dünən, 12:44

Faktiki hava açıqlandı

Bu gün imtahan var
Dünən, 12:26

Bu gün imtahan var

İsrail atəşkəsi pozdu
17-04-2026, 11:01

İsrail atəşkəsi pozdu

20 Aprel 2026 17:40Manşet / Sosial

SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR

 

Və yaxud, QANUNLARI tapdalamağın qiyməti neçəyədir?

5 ildən artıqdır ki, həbsdə olan “Zamin Bank” ASC-ın idarə heyətinin sədri Nadir İsmayılovun yaxın məsləkdaşı, Bankın Sumqayıt filialının rəhbəri Şahin İlyasov yenidən həbs olundu.

Məlumata görə, Şahin İlyasov 2019-cu ildə “Zamin Bank”ın “Sumqayıt” filialında işlədiyi dövrdə bank sektorunda yaranmış nöqsanlar və digər şübhəli əməllərlə məhkum edilmişdir.


Digər tərəfdən, qanunsuz əməllərə görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunaraq 
14 il həbs cəzasına məhkum edilmiş və hal-hazırda 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Bəs necə oldu ki, Nadir İsmayılovun məsləkdaşı və biznes ortağı olmuş Şahin İlyasov “Zamin Bank”ın “Sumqayıt” filialında uzun müddət ( 2005-2016) müdir vəzifəsində işlədiyi müddətdə törətdiyi cinayət əməllərinə görə, Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 313.2 ( vəzifə saxtakarlığı) maddələri ilə 14 noyabr 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham elan olunaraq cəmi 3 il şərti cəza ilə məhkum edilmişdir?. Təzad təşkil edir, elə deyilmi? Demək olar ki, eyni maddələr üzrə ittiham olunan Bank müdiri və filial müdiri çox fərqli formada və müddətdə məhkum edilmişlər.Yəni, biri həbsdə, digəri azadklıqda qalmışdır.

Baxmayaraq ki, dövlət ittihamçısı Şahin İlyasov barəsində 6 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən istəmişdir. Hətta 3 il şərti cəza çox imiş kimi qəbul edilərək apellyasiya şikayəti verilmiş və Ş.İlyasov 11 mart 2020-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişilərək cəzası azaldılaraq 2 ilə endirilmişdir. Şahinin dəstəsi bankın 1 milyon 337 min manat pulunu mənimsəməkdə suçlanmışlar.

Xatırladaq ki, hakim önünə çıxarılan «Zaminbank»ın Sumqayıt filialının rəhbəri Şahin İlyasov və onun 4 nəfərdən ibarət işçiləri olub. Bundan öncə isə o, Maliyyə Nazirliyində işləyib. Anar Osmanov bankın xəzinə şöbəsinin müdiri, Zərifə Tağıyeva xəzinədar, Anar Həsənov isə kredit şöbəsinin əməkdaşı olub. İddia olunur ki, adları çəkilən şəxslər bankın pullarını müxtəlif adamların adlarına kredit kimi rəsmiləşdirməklə ümumilikdə 1 milyon 337 min manat mənimsəyiblər.

Amma onlar dəymiş ziyanın çox hissəsini ödəyiblər - bankın pulunu qaytarıblar. «Zaminbank»ın nümayəndəsi də məhkəmədə təsdiqləyib ki, təqsirləndirilən şəxslər 1 milyon 337 min manatı ödəyiblər: «Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır».

Prokuror sabiq filial müdiri Ş.İlyasovun 6 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Prokuror Ş.İlyasovun məhkəmə zalından həbs olunmasını təklif etmişdi.Ki, nə fayda məhkəmə kollegiyası sonda Ş.İlyasova 3 il şərti cəza verməklə evinə buraxmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsində 14 mart 2020-ci ildə "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərif Abıyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb və hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəza hissəsində dəyişdirilib. Qərara əsasən, təqsirləndirilən şəxslər dövlət və yerli özünüidarəetmə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasından azad ediliblər.

Həmçinin onlara təyin edilən sınaq müddəti də azaldılıb.

Qeyd edək ki, İlyasov Şahin Kamil oğluna 5 il 6 ay, Abiyeva Zərif Əjdər qızı, Həsənov Anar Rafiq oğlu və Osmanov Anar Kamaləddin oğlunun hər birinə 5 il azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Xatırladaq ki, təqsirləndirilən "Zaminbank"ın "Sumqayıt" filialının 2005-2016-cı illərdə müdiri olmuş Ş.İlyasovun cəzası 2 il şərti cəza ilə əvəzlənib.

Budur, 2022-ci ilədək birtəhər dözərək hər hansı cinayət əməli törətməyən Ş.İlyasov bu dəfə dövlət əmlakını deyil, ayrı ayrı fiziki şəxsləri hədəf seçərək 2022-2023-cü illərdə dələduzluq fəaliyyətilə məşğul olmuşdur. Belə ki, o özünün verdiyi ifadəyə görə 2010-cu ildə Yaşar Abbasov adlı şəxs tərəfindən rəhbəri olduğu filialdan kredit götürmüş, əvəzinə isə Abşeron rayonun Masazır kəndindəki 1.67 ha torpa sahəsini girov qoymuşdur. Lakin sonralar o krediti ödəyə bilmədiyinə görə girov əmlak hərracda satılmış və “Zaminbank” ASC –nin sədri olmuş Nadir İsmayılovun tapşırığı əsasında onun qohumu olan Məmmədov Elməddin Nurəddin oğlunun adına rəsmiləşdirlmişdir. 2020-ci ildə N.İsmayılovun həbsindən sonra bu torpaq sahəsində işlər yarımçıq qalmışdır. Fürsətdən istifadə edən, lakin barəsində 2 ilə endirilən sınaq müddətində məhkumluğu ödənilmədən və götürülmədən etibardan süi-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını saxta sənədlərlə ələ keçirən Ş.İlyasov həmin torpaq sahəsinin 0.16 ha hissəsinin 2022-ci ildə Əli Tofiq oğlu Qəhrəmanova 54400 manata,0.046 ha sahəyə görə Elçin Əlhüseyn oğlu Şəfiyevdən 15640 manat və 1.67 ha –na görə isə Xəyal Təyyar oğlu Məmmədlidən ilkin olaraq 211000 manat, əlavə olaraq 45000 manat və 1000 manat alaraq hər üç zərəçəkmiş şəxsdən 480040 manat məbləğində pul vəsaitini hissəhissə olmaqla qəsdlə almaq, ələ keçirmək və şəxsi ehtiyacları na sərf etmişdir. Nəticədə hər üç zərəçəkənə külli miqdarda zərər vurmaqla dələduzluq etmişdir.

2025-ci ildən zərəçəmiş şəxslərin şikayətləri əsasında keçmiş məhkum Ş.İlyasovun barəsində bu dəfə AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), maddəsilə başlanmış cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim Əliyev Asif Əmrah oğlunun, hakimlər Hümbətov Fərman Zaur oğlunun və Rzayeva Aynur Tapdıq qızının iştirakı ilə baxılmışdır. Prosesin başlandığı vaxt verilən və təqsirləndirilən şəxsin vəkilinin ikinci dəfə təqdim etdiyi vəsatətə görə məhkəmə kollegiyasından Ş.İlyasovun həbs qəti imkan tədbirinin dəyişdirlərək ev dustaqlığı ilə əvəz olunması xahiş edilmişdir. 17 sentyabr 2025-ci ildə məhkəmə kollegiyası vəsatəti müzakirə etmiş, dövlət ittihamçısının və zərəçəkmişlırin etirazlarını nəzərə alaraq təmin etməmişdir. Bundan sonra məhkəməyə sədrlik edən hakim bizlərə məlum olmayan səbəblərdən dəyişilmiş və bu dəfə proseslərə sədrik edəcək hakim Nurəddin Hüseynli təyin edilmişdir.

Budur, 13 aprel 2026-cı il tarixdə sonuncu keçirilən məhkəmə prosesində 1( 124)-430/2025 saylı iş üzrə müdafiə tərəfin vəkilinin təkrar olaraq “Həbs qəti imkan tədbirin ev dustaqlığıilə əvəz edilməsi” barədə verilən vəsatətə məhkəmə kollegiyası qısa müddətdə öz aralarında məsləhət etdikdən sonra təmin etmişlər. Maraqlıdır ki, bu dəfə nə dövlət ittihamçısının mövqeyi öyrənilməmiş, nə müstəntiqin bu barədə vəsatətinin olub olmaması soruşulmamış, nə də zərəçəmişlərin gətirdiyi əsas arqument ki, təqsirləndirilən şəxs onlara qarşı törətdiyi qanunsuz əməl 2022-ci ildə baş vermiş və bu zaman əvvəl törətdiyi cinayətə görə məhkumluqğu ödənilməmiş baş vermişdir. Bu hal , təqsirləndirilən şəxsin islaholunmaz anlamına gəlir.

BƏS QANUNVRİCİLİK NƏ DEYİR?

AZərbaycan Respublikasının CPM-nin 163.1 və 163.2-ci maddələrində göstərilir ki, ev dustaqlığı yalnız müstəntiqin vəsatəti və dövlət ittihamçısının təqdimatı əsasında baxılır. ( amma bunların heç biri yoxdur.

Digər hallaerda isə qeyd edilir ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ailə vəziyyəti ( öhdəsində azyaşlı uşaqların olması –yoxdur) sağlamlıq vəziyyəti ( tam sağlamdır) , yaşayış yerinin olması ( evləri vardır) əvvələr cinayət törətməsi ( CM-nin 179.3.2, 308.2 və 310.2) ( ən ağır maddələr üzrə məhkum edilməsi) , zərəçəkənlərlə barışığın olmasını ( zərəçəkmiş şəxslərə 1 manat da olsa vurduğu ziyanı qaytarmamış və ortada heç bir barışıq ərizəsi yoxdur), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsini( heç bir ödəniş olmayıb) nəzərə almalıdır.

Eyni vəsait üzrə məhkəmə kollegiyasının 17 sentyabr 2025-ci ildə qəbul etdiyi qərarı heçə sayaraq. Yenidən gizli sövdələşmə nəticəsində onu formal müzakirəyə çıxarıb təqsirləndirlən şəxsin xeyrinə bu dəfə yenidən qərar qəbul edilməsi hansı məhkəmə tarixində baş vermişdir?

Göründüyü kimi, qanunvericiliyin əsa şərtlərini qəsdən nəzərə almayan, prokuror və müstəntiqin mövqelərini formal da olsa öyrənmək belə istəməyən, zərəçəkmişlərin israrlı etirazlarını nəzərə almayan məhkəmə kollegiyasının MƏHKƏMƏNİ MƏZHƏKƏYƏ çevirmələri göz qabağındadır.

GÖRÜNƏN DAĞA BƏLƏDÇİ LAZIM OLMADIĞI KİMİ…

Bəli, sonuncu 13 aprel 2026-cı il tarixində keçirilən məhkəmə prosesində kollegiyanın qanunların əleyhinə sərgilədiyi davranışlar ondan xəbər verir ki, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tofiq paşayevin sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısın 6 il azadlıqdan məhrum edilsin çağırışı dövlət əmlakını külli miqdarda mənimsəmədə ittiham olunan bir şəxsin ən yüngül cəza ilə 3 il şərti cəza almaqla canını necə qurtarmışdırsa, bu dəfə də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin arzu və istəklərinə uyğun hökm elan edilməsinə şübhəmiş qalmır.

İfadetv-nin araşdırma qrupu


P.S. Məhkəmə proseslərini izləyirik və yeniliklərlə bağlı xəbərlərin davamını təqdim edəcəyik.