Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
“Azerconnect Group”la NVIDIA tərəfdaşlıq müqaviləsi imzaladı
“Azerconnect Group” və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, müqavilə “Azerconnect Group”un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb.
Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək.
ABŞ səfəri zamanı “Azerconnect Group” rəhbərliyi, NVIDIA-nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirilib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intelekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.
“NVIDIA ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. “Azerconnect Group” olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - Emil Məsimov qeyd edib.
NVIDIA ilə tərəfdaşlıq “Azerconnect Group”un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.
“Azerconnect” haqqında məlumat:
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

























































