İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Azərbaycan şirkətləri dünyanın “Ən yaxşı işəgötürənləri” sırasında - Siyahı
Nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatı 2025-ci il üçün dünyanın “Ən yaxşı işəgötürən” şirkətlərinin siyahısını açıqlayıb. 2400-dən çox şirkətin yer aldığı siyahıya Azərbaycandan üç şirkətin adı daxil edilib.
“Qafqazinfo” bu şirkətləri və fəaliyyət göstərdiyi sahələri təqdim edir:
- “PAŞA Management Company” – Şirkət qeyri-maliyyə aktivlərindən ibarət biznesi idarə edir;
-“Azərbaycan Beynəlxalq Bankı” – Bank sektorunda fəaliyyət göstərir;
-“Azerconnect Group” – İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərir.
Qeyd edək ki, cari ildə “Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında “IBM”, “Coca-Cola”, “Airbus”, “BP”, “Shell”, “DHL”, “PepsiCo”, “Ford”, “Huawei”, “HSBC”, “Bosch”, “Renault Group” və digər dünya nəhəngləri də var.
Xatırladaq ki, 1991-ci etibarən “Top Employers Institute” dünyanın “Ən yaxşı işəgötürən” şirkətlərini sertifikatlaşdırır. Nüfuzlu qurum dünya təcrübəsindən irəli gələn 255 meyar üzrə şirkətlərin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə fəaliyyətini qiymətləndirir. “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikata layiq görülmüş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
Lamiyə Məmmədova























































