TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Avropada təyyarə yanacağı böhranı - Biletlər bahalaşacaq?
Avropada aviasiya sektoru ciddi yanacaq böhranı ilə üz-üzədir.
“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) baş direktoru Fatih Birol qitədə təyyarə yanacağı ehtiyatlarının təxminən altı həftəlik qaldığını açıqlayıb.
Birolun sözlərinə görə, əgər Hörmüz boğazı bağlı qalarsa, uçuşların ləğvi çox qısa müddətdə başlaya bilər və bu, yay mövsümündə kütləvi nəqliyyat problemlərinə səbəb olacaq.
O, vəziyyətin qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdığını vurğulayıb: “Bu, indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranlarından biri ola bilər”.
Böhranın əsas səbəbi kimi Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik və strateji dəniz marşrutlarının pozulması göstərilir. Bu isə qlobal neft tədarükündə ciddi fasilələrə və qiymətlərin sürətlə artmasına gətirib çıxarıb.
Yanacaq qiymətlərindəki kəskin artım artıq böyük aviaşirkətlərin maliyyə göstəricilərinə təsir etməyə başlayıb.
“easyJet” mart ayının sonuna qədər olan altı aylıq dövrdə 540-560 milyon funt-sterlinq həcmində zərər gözlədiyini açıqlayıb. Şirkət təkcə son ayda yanacağa əlavə 25 milyon funt xərclədiyini bildirib.
“Ryanair”in baş direktoru Maykl O'Liri uçuşların 10 faiz azaldılmasının nəzərdən keçirildiyini, yanacaq təchizatının isə yalnız may ayının ortalarına qədər təmin oluna biləcəyini deyib.
SAS artan xərclər səbəbindən bu ay 1000-dən çox reysi ləğv edib.
“British Airways” isə hazırda fəaliyyətini davam etdirsə də, mümkün böhranla bağlı hökumətlə təcili tədbirləri müzakirə etdiyini açıqlayıb.
Bildirilir ki, Hörmüz boğazında vəziyyət dəyişməz qalarsa, təkcə yanacaq çatışmazlığı deyil, həm də aviabiletlərin qiymətində ciddi artım qaçılmaz olacaq.
Aviaşirkət nümayəndələrinin proqnozlarına görə, mart ayında ikiqat artan yanacaq xərcləri Pasxa bayramı sonrası və yay turizm mövsümündə sərnişinlər üçün daha baha biletlərlə nəticələnəcək.
Fatih Birol əlavə edib ki, böhran ilkin mərhələdə Yaponiya, Cənubi Koreya, Hindistan və Çin kimi Asiya ölkələrinə təsir edəcək. Neft tədarükü bərpa olunmazsa, daha sonra Avropa və ABŞ da ciddi təsirlərlə üzləşə bilər.























































