Xəbər Lenti
Bugün, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Dünən, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Dünən, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
17-06-2026, 11:33
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
17-06-2026, 11:24
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
17-06-2026, 11:03
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Səhər içdiyiniz kofeyə yalnız bir çimdik kakao əlavə etmək bədəniniz üçün düşündüyünüzdən daha çox fayda verə bilər.
Qaynarinfo-nun portal.abczdrowie.pl-nə istinadən məlumatına görə, bu sadə əlavənin təkcə içkinin dadını yaxşılaşdırmaqla kifayətlənmir, həm də diqqət, əhval-ruhiyyə, enerji səviyyəsi, ürək-damar sağlamlığı və metabolizm üzərində müsbət təsir göstərir.
Alimlərin araşdırmalarına əsasən, kofe və kakao birləşməsi unikal bir antioksidant qoruyucu təsir yaradır. Hər iki maddə – kofe və kakao sərbəst radikalları neytrallaşdıran polifenollarla zəngindir. Xüsusilə kakao flavanolları hüceyrələri zədələnmədən qoruyur və immun sisteminin fəaliyyətini dəstəkləyir.
Kofe və kakao tərkibində olan kofein və teobromin maddələri isə sinir sisteminə fərqli təsir göstərir. Onlar adenosin reseptorlarını hədəfləyərək yuxululuğu və yorğunluğu azaldır, diqqəti artırır. Nəticədə, beyin funksiyaları güclənir, zehni fəaliyyət dəstəklənir və neyrodegenerativ xəstəliklərin riski azalır.
Kakao flavanolları ürək-damar sistemi üçün faydalıdır: qan təzyiqini azaldır, endotel funksiyasını yaxşılaşdırır və iltihab əleyhinə təsir göstərir. Kofe isə mülayim istehlakda ürək-damar xəstəlikləri riskini azalda bilər. Beləliklə, hər iki maddənin birləşməsi ürək sağlamlığını qorumaq üçün ideal seçimdir.
Bundan əlavə, kofe və kakao birlikdə daha sabit enerji səviyyəsi təmin edir. Kofein sürətli təsir göstərirsə, teobromin daha yumşaq və uzunmüddətli stimullaşdırma yaradır, "kofein düşməsi” riskini azaldır.
Əhval-ruhiyyənin yaxşılaşması və stresin azaldılması da bu kombinasiyanın faydalarındandır. Kakao flavanolları beyin qan dövranını artırır, serotonin kimi əhval-ruhiyyə ilə əlaqəli neyromediatorlara təsir edir, kofe isə yorğunluğu azaldır və diqqəti artırır.
Metabolizm və çəki nəzarəti baxımından da kombinasiyanın əhəmiyyəti böyükdür. Kofein termogenezini gücləndirərək kalorilərin yandırılmasını sürətləndirir, kakao isə yağ metabolizmi və insulin həssaslığını yaxşılaşdırır. Bu birləşmə düzgün qidalanma ilə çəki nəzarətinə dəstək ola bilər.
Beləliklə, səhər kofenizə yalnız bir çimdik kakao əlavə etmək həm dadı artırır, həm də sağlamlıq üçün çoxsaylı üstünlüklər təmin edir. Əvvəl isə mütəxəssislər bildiriblər ki, bəzi əlavələr kofe ilə birlikdə heç vaxt istehlak edilməməlidir.
Günay





















































