“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
AZƏRBAYCAN RESPUBLİKASI VERGİ XİDMƏTİNİN PEŞƏKAR VƏ NÜMUNƏVİ XİDMƏTİ
Azərbaycan Respublikasında vergi sisteminin inkişafı, şəffaflığın təmin olunması və dövlət büdcəsinin dayanıqlı şəkildə formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar bu sahənin strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu istiqamətdə aparılan məqsədyönlü siyasətin əsasında isə dövlət başçısı İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf kursu dayanır.
ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşı olaraq Azər Aslanov Allahverdi oğlu ilə həyata keçirdiyimiz geniş müsahibə zamanı vergi sisteminin mövcud vəziyyəti, gələcək perspektivləri və dövlət siyasətinin bu sahəyə təsiri ilə bağlı mühüm məqamlara toxunuldu.
Müsahibimiz qeyd etdi ki, Azərbaycan Respublikasında vergi xidməti son illər ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, rəqəmsallaşma, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsas prioritetlərə çevrilmişdir. O vurğuladı ki, həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq mühiti daha da yaxşılaşdırılmış, kölgə iqtisadiyyatının həcmi minimuma endirilmişdir.
Azər Aslanov xüsusi olaraq İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin vergi sisteminə müsbət təsirindən bəhs edərək bildirdi:
“Cənab Prezidentin rəhbərliyi ilə aparılan iqtisadi siyasət dövlətin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, vergi orqanlarının fəaliyyətində də tamamilə yeni yanaşmaların tətbiqinə səbəb olmuşdur. Bu siyasət nəticəsində vergi xidməti artıq yalnız nəzarətedici qurum deyil, həm də sahibkarların etibarlı tərəfdaşına çevrilmişdir.”
Müsahibə çərçivəsində vergi sahəsində bir sıra mühüm suallar da ünvanlandı:
Vergi sistemində şəffaflığın təmin olunması üçün hansı mexanizmlər tətbiq edilir?
Elektron xidmətlərin genişləndirilməsi sahibkarlara hansı üstünlükləri qazandırır?
Vergi yükünün optimallaşdırılması istiqamətində hansı addımlar atılır?
Kölgə iqtisadiyyatına qarşı mübarizədə hansı effektiv metodlardan istifadə olunur?
Vergi orqanları ilə vətəndaşlar arasında etimadın artırılması üçün hansı tədbirlər həyata keçirilir?
Bu suallara cavab olaraq Azər Aslanov qeyd etdi ki, müasir texnologiyaların tətbiqi, elektron vergi sisteminin inkişafı və operativ xidmət mexanizmlərinin qurulması vergi ödəyicilərinin işini xeyli asanlaşdırmışdır. O, həmçinin bildirdi ki, vergi xidmətində çalışan əməkdaşların peşəkarlığı və məsuliyyət hissi bu sahənin uğurlarında mühüm rol oynayır.
Müsahibimiz əlavə etdi ki, dövlət və xalq qarşısında məsuliyyət hissi ilə çalışan vergi orqanları ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm dayaqlardan biridir. Bu isə bir daha sübut edir ki, Azərbaycan Respublikasının vergi xidməti yalnız fiskal funksiyanı deyil, həm də strateji inkişaf missiyasını uğurla yerinə yetirir.
Sonda Azər Aslanov qeyd etdi ki, gələcəkdə də bu sahədə islahatlar davam etdiriləcək, beynəlxalq təcrübə öyrənilərək tətbiq olunacaq və Azərbaycan vergi sistemi daha da müasirləşdiriləcəkdir.
ARHD.AZ İnformasiya Agentliyinin müxbiri Nihad Cəfərov























































