Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

03 Aprel 2026 08:20Manşet / Şou-biznes

Azərbaycanın “Avroviziya”dakı çıxış nömrəsi açıqlandı

 

Avropa Yayım İttifaqı (EBU) Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya-2026” mahnı müsabiqəsinin yarımfinalları üzrə çıxış ardıcıllığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, mayın 12-də baş tutacaq birinci yarımfinalda səhnəyə ilk olaraq Moldova nümayəndəsi çıxacaq, şounun bağlanışını isə Serbiya təmsilçisi edəcək.

Mayın 14-də keçiriləcək ikinci yarımfinalın açılışını Bolqarıstan, sonuncu çıxışını isə Norveç edəcək. Azərbaycan təmsilçisi JIVA bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxacaq.

Qeyd edək ki, yubiley xarakterli 70-ci “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi mayın 16-da keçiriləcək.