Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 19:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 11:53

Yeni layihəsi bəlli oldu

31 Mart 2026 10:56Manşet / Gündəm / Sosial

Quba Rih-nin başçısı İlqar Mahmudov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş faciədir”

 

Tarixin yaddaşı millətlərin kimliyini formalaşdıran ən mühüm amillərdən biridir. Azərbaycan xalqının tarixində isə həm qürurverici, həm də ağrılı səhifələr az deyil. Bu səhifələrdən biri də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun da vurğuladığı kimi, bu gün təkcə bir faciənin xatirəsi deyil, həm də xalqımızın başına gətirilən ağır cinayətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.


1918-ci ilin mart-aprel aylarında erməni daşnak silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar tariximizin ən qanlı səhifələrindən biridir. Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir. Bu hadisələr təkcə hərbi toqquşma deyil, məqsədli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi.


Quba rayonu da bu dəhşətli hadisələrdən ciddi zərər görmüş bölgələrdən biri olmuşdur. Tarixi mənbələr və aparılan tədqiqatlar göstərir ki, 1918-ci ildə Qubada minlərlə dinc sakin qətlə yetirilmiş, kəndlər yandırılmış, insanlar öz doğma torpaqlarından didərgin salınmışdır. Sonradan Quba şəhərində aşkar edilən kütləvi məzarlıq isə bu faciənin miqyasını bir daha təsdiq edir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan xalqına qarşı törədilən bu cinayətlər sistemli və planlı şəkildə həyata keçirilmişdir.


 

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixinin bu faciəli səhifələrinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məhz onun təşəbbüsü ilə 1998-ci ildə imzalanmış sərəncamla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanmışdır. Bu qərar tariximizin unudulmuş həqiqətlərinin üzə çıxarılması, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər hər zaman vurğulayırdı ki, xalqın yaddaşı silinməməli, tarixi həqiqətlər gələcək nəsillərə düzgün şəkildə ötürülməlidir.


Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Xarici ölkələrdə keçirilən tədbirlər, beynəlxalq konfranslar, nəşr olunan kitablar və sənədli filmlər bu həqiqətlərin tanıdılmasına xidmət edir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər heç vaxt unudulmamalı və bu həqiqətlər beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır.


Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov da bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi önəm verir. Onun təşəbbüsü ilə rayonda 31 Mart Soyqırımı Günü ilə bağlı anım tədbirləri təşkil olunur, şəhidlərin xatirəsi ehtiramla yad edilir, gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılması istiqamətində maarifləndirici işlər aparılır. Bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların milli kimliyə bağlılığının möhkəmlənməsinə xidmət edir.


İlqar Mahmudov öz çıxışlarında dəfələrlə vurğulayıb ki, 31 Mart faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu hadisələrin unudulmasına yol vermək olmaz. O qeyd edir ki, tarixdən dərs çıxarmaq və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Bu baxımdan maarifləndirmə işlərinin genişləndirilməsi, xüsusilə gənc nəslin bu həqiqətlərlə tanış edilməsi böyük əhəmiyyət kəsb edir.


Eyni zamanda, bu gün Azərbaycanın güclü dövlətə çevrilməsi, ərazi bütövlüyünün təmin olunması və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi də tariximizə verilən ən böyük cavablardan biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar göstərir ki, Azərbaycan xalqı heç vaxt sarsılmır, əksinə, daha da güclənərək öz haqq səsini dünyaya çatdırır.


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız bir matəm günü deyil, həm də milli birlik və həmrəylik günüdür. Bu gün biz bir daha dərk edirik ki, xalqımızın gücü onun birliyindədir. Tarixi yaddaşımızı qorumaq, şəhidlərimizin xatirəsini yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.


İlqar Mahmudovun da qeyd etdiyi kimi, 31 Mart faciəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu tarix bizə həm də bir dərsdir – milli birlik, dövlətə sədaqət və vətənə bağlılıq hər zaman qorunmalıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan bu gün güclü və qüdrətli dövlət kimi inkişaf edir. Bu inkişaf isə tariximizin acı səhifələrinin bir daha təkrarlanmaması üçün ən böyük təminatdır.


 

Fərid Faiqoğlu