Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) Bakıda uğurla keçirildi
17–23 mart tarixlərində AEGEE-Bakı tərəfindən təşkil olunan Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) uğurla başa çatdı. Festival Novruz bayramının zəngin ənənələrini və müxtəlif xalqlar arasında ortaq dəyərləri bir araya gətirərək, mədəniyyətlərarası dialoqun inkişafına və beynəlxalq dostluğun güclənməsinə töhfə verdi.
Azərbaycanla yanaşı, İtaliya, Niderland, Almaniya, Qazaxıstan və Pakistan kimi müxtəlif ölkələrdən olan 40 nəfərin bir araya gəldiyi layihə, öz beynəlxalq tərkibi ilə festivalın ruhunu daha da zənginləşdirmişdir.
Layihə proqramı çərçivəsində iştirakçılar Azərbaycanın zəngin mədəni və tarixi irsi ilə yaxından tanış olublar. Paytaxtın simvolik məkanları olan Şirvanşahlar Saray Kompleksi, Qız Qalası, Azərbaycan Xalça Muzeyi, Suraxanı Gəmi Muzeyi və Heydər Əliyev Mərkəzi ilə yanaşı, Qobustan Qoruğu və Şəkinin qədim inciləri olan Şəki Xan Sarayı, Yuxarı Karvansaray və Şəki Xan Məscidi-nə edilən səfərlər proqramın ən maraqlı hissələrindən birinə çevrilib.
Festival müddətində müxtəlif interaktiv fəaliyyətlər, mədəni təqdimatlar və sosial proqramlar həyata keçirilib. Bu fəaliyyətlər iştirakçılar arasında ünsiyyəti gücləndirərək, onların həm Azərbaycan mədəniyyətini daha yaxından tanımasına, həm də fərqli ölkələrdən olan gənclərlə yeni əlaqələr qurmasına şərait yaradıb.
Təşkilatımız layihənin uğurla həyata keçirilməsində göstərdikləri dəstəyə görə tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Festivalın baş sponsoru Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, sponsorları isə AzərSüd MMC və Coca-Cola MMC olmuşdur.
Qeyd edək ki, INFA layihəsi hər il ənənəvi olaraq təşkil olunur və gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Bu təşəbbüs müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək Novruz ruhunu birlikdə yaşaması və mədəniyyətlərarası dialoqun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

































































