İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Mauro Vieyra Braziliya vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib
Braziliyanın xarici işlər naziri Mauro Vieyra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Braziliya arasında ikitərəfli əməkdaşlıq məsələləri, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər Azərbaycan və Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və onun çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, iqlim gündəliyi üzrə əməkdaşlıq, habelə COP29 və COP30 çərçivəsində birgə əlaqələndirmə məsələləri müzakirə olunub.
Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Onlar münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.
Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib.
Braziliyalı nazir, həmçinin mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə ölkəmizə dərin minnətdarlığını bildirib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.























































