Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan„Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə 12-17 mart 2026-cı il tarixlərində Quba şəhərində keçirilib.
6 gün davam edən proqram çərçivəsində 150 gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində həm nəzəri biliklər əldə etmiş, həm də praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq etmək imkanı qazanmışlar.
Düşərgə proqramı intensiv və çoxşaxəli məzmunu ilə seçilmişdir. Təlimlərdə “Şəhərsalma və Memarlıq”, “Müasir şəhər mühitində milli dəyərlərin qorunması”, “Memarlıq layihələrinin hazırlanması və modelləşdirilməsi”, “Memarlıq fəlsəfəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılmış, iştirakçılar sahə üzrə peşəkar mütəxəssislərin təcrübələrindən faydalanmışlar. Bununla yanaşı, şəhərsalma sahəsində startap və innovasiya ideyaları üzrə sessiyalar gənclərin analitik və strateji düşünmə bacarıqlarının inkişafına töhfə vermişdir.
Proqramın fərqləndirici xüsusiyyətlərindən biri interaktiv və praktiki fəaliyyətlərin üstünlük təşkil etməsi olmuşdur. “Mənim Xəyal Şəhərim” kreativ workshop-u çərçivəsində iştirakçılar öz şəhər modellərini hazırlayaraq ideyalarını vizuallaşdırmış, “Heykəl boyama” masterklassında isə estetik yanaşmalarını nümayiş etdirmişlər. “Gəncin Gözü ilə Şəhər” qısa film fəaliyyəti iştirakçılara şəhər mühitində müşahidə etdikləri problemləri və həll yollarını yaradıcı formatda təqdim etmək imkanı yaratmışdır.
Komanda əsaslı oyunlar və fəaliyyətlər – xüsusilə “Yaradıcılıq körpüsü” və struktur dizaynına əsaslanan yarışlar – iştirakçılar arasında əməkdaşlıq, liderlik və problem həll etmə bacarıqlarını gücləndirmişdir. Bununla yanaşı, panel müzakirələri zamanı gənclərin şəhərsalma siyasətində rolu, onların qərarvermə proseslərində iştirakı və təsir mexanizmləri geniş şəkildə müzakirə olunmuşdur. “WUF xəritəsi: Dünyanın parçaları” fəaliyyəti çərçivəsində iştirakçılar müxtəlif ölkələri və mədəniyyətləri simvolik olaraq birləşdirərək qlobal şəhər anlayışını əyani şəkildə ifadə etmişlər. Bu fəaliyyət düşərgənin əsas ideyasını – müxtəlif baxışların vahid şəhər konsepsiyasında birləşməsi ideyasını uğurla əks etdirmişdir.
Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və təcrübələri gələcək fəaliyyətlərində tətbiq etmək, şəhərsalma proseslərində daha fəal rol almaq və davamlı inkişaf prinsiplərinə uyğun təşəbbüslərlə çıxış etmək istiqamətində motivasiya qazandıqlarını ifadə etmişlər.
Düşərgə öz məqsədlərinə uğurla nail olaraq gənclərin şəhərlərə baxışında yeni perspektivlər formalaşdırmış və bu sahədə gələcək təşəbbüslər üçün möhkəm zəmin yaratmışdır.
Xezertv.info



































































