Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Əli Laricaninin öldürülməsinin SİRRİ - İsrail rəsmisi AÇIQLADI
"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə hücum İslam Respublikasının ayətullahlarına təzyiq göstərmək strategiyasının bir hissəsi olaraq həyata keçirilib".
Oxu. Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.
"Münaqişənin həlli üçün ayətullah rejimi yox olana qədər təzyiq göstərməliyik. Bir ayətullah rejiminin digəri ilə əvəz olunmasına icazə verməyəcəyik", - deyə mənbə agentliyə bildirib.
Məlumata görə, bəziləri Laricaninin ölümünün Fars körfəzində gərginliyin həlli istiqamətində potensial diplomatik səyləri əngəlləyə biləcəyindən ehtiyat edirlər.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ötən gün İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. İran Prezidenti Məsud Pezeşkian isə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlə yetirilməsinə görə cavabdeh tərəflərdən amansız qisas alınacağını bəyan edib.























































