Dövlətə sədaqətin və vətənpərvərliyin nümunəsi – Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
Dövlətə sədaqətli xidmət nümunəsi – Naxçıvan MR Dövlət Yol Polisi İdarəsinin rəisi Mais Məmmədovun fəaliyyəti
Gənc nəslin inkişafına həsr olunan nümunəvi fəaliyyət – Əntiqə Rzayevanın pedaqoji missiyası
KİV: ABŞ İranın Xarq adasındakı neft infrastrukturunu ələ keçirməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasında neft infrastrukturunu ələ keçirmək üçün əməliyyat keçirməyi düşünür.
Oxu.Az xəbər verir ki,bu barədə "Axios" məlumat yayıb.
Bildirilib ki, bunun üçün ABŞ quru əməliyyat keçirməli olacaq. Məlumata görə, Fars körfəzində tankerlərin hərəkətinə məhdudiyyətlər davam edərsə, ABŞ prezidenti bu addımı ata bilər.
Portal başqa bir mənbəyə istinadən xəbər verir ki, ABŞ lideri adadakı infrastrukturu ələ keçirməyin Tehranın gəlirlərinin əhəmiyyətli bir hissəsindən məhrum olunması ilə nəticələnəcəyini gözləyir. Nəşr qeyd edir ki, ABŞ İranın bölgədəki neft obyektlərinə qarşı cavab zərbələrindən ehtiyat edir. "Burada böyük risk və böyük mənfəət var. Prezident hələlik bu barədə qərar verməyib", - deyə portal mənbəyə istinadən bildirir.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Əlirza Təngsiri İsrail və ABŞ-nin İranın neft ixracı üçün əsas infrastrukturun yerləşdiyi Xarq adasına növbəti hücumları karbohidrogen bazarlarında vəziyyəti ciddi şəkildə çətinləşdirəcəyini bildirmişdi.
Xatırladaq ki, martın 13-də ABŞ hərbi hava qüvvələri adadakı hərbi obyektlərə qarşı böyük hücum həyata keçirib. O qeyd edib ki, adadakı neft infrastrukturunu məhv etmək qərarına hələ ki, gəlməyib. Lakin ABŞ lideri qeyd edib ki, əgər İran və ya başqa birisi gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçməsinə mane olan hər hansı bir tədbir görərsə onun fikri dəyişə bilər.






















































