Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Şimali Koreya 10-dan çox ballistik raket atdı
Şimali Koreya ölkənin şərq sahili istiqamətində 10-dan çox ballistik raket buraxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Cənubi Koreyanın Birgə Qərargah Rəislərinin açıqlamasına görə, raketlər paytaxt Pxenyan yaxınlığından atılıb və ölkənin şərq sahilində yerləşən dəniz istiqamətində yönəlib.
Buraxılan raketlərin dənizə düşdüyü bildirilib. Yaponiya sahil mühafizəsi də ballistik raketin dənizə düşmüş ola biləcəyini açıqlayıb. Yaponiyanın ictimai yayımçısı NHK hərbi mənbələrə istinadən raketin Yaponiyanın iqtisadi zonasından kənardakı sulara düşdüyünün ehtimal edildiyini bildirib.
Raket buraxılışı ABŞ və Cənubi Koreyanın bu həftə başladığı genişmiqyaslı birgə hərbi təlimlərin davam etdiyi dövrdə həyata keçirilib.
Hər iki ölkə təlimlərin müdafiə xarakterli olduğunu və potensial hərbi təhdidlərə qarşı hazırlıq səviyyəsinin yoxlanmasına yönəldiyini bildirir.
Məlumata görə, təlimlər çərçivəsində yüzlərlə ABŞ və Cənubi Koreya əsgəri tanklar və zirehli döyüş maşınlarının iştirakı ilə çay keçidi manevrləri həyata keçirib. ABŞ-nin Cənubi Koreyada təxminən 28 min 500 hərbçisi və qırıcı təyyarələri yerləşdirilib.
Şimali Koreya isə bu cür birgə hərbi təlimləri tez-tez “ölkəyə hücum üçün hazırlıq” kimi qiymətləndirir və sərt reaksiya verir.
Pxenyan rejimi son iyirmi ildən çox müddətdə nüvə silahı daşıya bilən raket sistemlərinin hazırlanması məqsədilə ballistik və kruiz raket sınaqlarını davam etdirir.
Bu proqram səbəbindən Şimali Koreya 2006-cı ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən bir sıra sanksiyalarla üzləşib. Buna baxmayaraq, ölkə raket və nüvə proqramını davam etdirir.























































