Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
ABŞ Rusiya neftinə qarşı sanksiyaları yumşaldır
“ABŞ İranla müharibə fonunda qlobal enerji bazarlarında qiymətlərin kəskin artması səbəbindən Rusiya neftinə qarşı bəzi sanksiyaları müvəqqəti olaraq yumşaldıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent social şəbəkə paylaşım edib.
O bildirib ki, dənizdə qalan Rusiya neftinin bazara çıxarılması üçün “məhdud və dar çərçivəli” istisnalar tətbiq olunur.
Onun sözlərinə görə, bu addım Donald Trump administrasiyasının enerji qiymətlərini sabitləşdirmək məqsədilə atdığı tədbirlərin bir hissəsidir.
Bessent qeyd edib ki, qərar Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, istisnalar 11 aprelədək qüvvədə olacaq.
Nazir əlavə edib ki, Prezident Tramp qlobal enerji bazarlarında sabitliyi qorumaq və qiymətləri aşağı səviyyədə saxlamaq üçün qətiyyətli addımlar atır. Onun sözlərinə görə, ABŞ-də enerji istehsalının artırılması ölkədə yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edib.
Qeyd edək ki, bu qərar ABŞ administrasiyasının Rusiyadan neft idxalına qoyulan bəzi digər məhdudiyyətləri də yumşaltmasından təxminən bir həftə sonra verilib. Həmin qərara əsasən, Hindistana 30 gün müddətinə Rusiya nefti almağa icazə verilib.
Bundan əvvəl Donald Tramp ABŞ-nin Strateji Neft Ehtiyatından 172 milyon barel neftin bazara buraxılacağını açıqlayıb.
Digər tərəfdən, Senatın Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsindəki bir qrup Demokrat senator bu addımla bağlı izahat tələb edib. Komitənin azlıq üzvləri, o cümlədən senator Elizabet Uorren Skott Bessentin Konqresdə dinləmələrə çağırılmasını istəyiblər.






















































