Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
İranda “qara yağış” yağdı - Fotolar
İranda bəzi bölgələrdə “qara yağış” müşahidə olunub.
“Qafqazinfo” xəbər verir ki, yağışın tərkibində neft qalıqları və digər zərərli hissəciklərin olduğu ehtimal edilir.
Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) hadisə ilə bağlı xəbərdarlıq edərək bildirib ki, belə yağıntılar tənəffüs yolları xəstəliklərinə yola aça bilər.
Belə ki, İranın enerji infrastrukturuna yönəlmiş hücumlardan sonra paytaxt Tehran qalın qara tüstü ilə örtülüb. Neft emalı zavoduna endirilən zərbədən sonra şəhərdə hava keyfiyyətinin kəskin şəkildə pisləşdiyi bildirilib.
ÜST son günlər yağıntıların tərkibində neft hissəciklərinin olduğu barədə çoxsaylı məlumatlar aldığını açıqlayıb.
ÜST-ün sözçüsü Kristian Lindmayer Cenevrədə keçirilən mətbuat konfransında bildirib ki, qara yağış və onu müşayiət edən turşu yağıntıları əhali üçün ciddi risk yaradır.
Onun sözlərinə görə, xüsusilə tənəffüs sistemi ilə bağlı problemlərin yaranma ehtimalı yüksəkdir. Neft anbarlarında və emal zavodlarında baş verən yanğınlar havaya çoxlu miqdarda zərərli maddə buraxır və bu da vəziyyəti daha da ağırlaşdırır.
İran hakimiyyəti vətəndaşlara mümkün qədər evdə qalmağı tövsiyə edib. ÜST də bu çağırışı dəstəkləyərək, insanların açıq havada uzun müddət qalmasının təhlükəli ola biləcəyini bildirib.

























































