Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
“ABŞ Hörmüzü açıq saxlamaq üçün əlavə variantlar hazırlayır”
“Donald Trampın göstərişi ilə ABŞ ordusu Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt keçirdiyi brifinqdə İranla bağlı sualları cavablandırarkən deyib.
ABŞ-nin İrana hücumlarının nə vaxt başa çatacağı ilə bağlı suallara cavab olaraq Livitt bildirib ki, Vaşinqton İranın ABŞ üçün heç bir təhlükə yaratmadığından əmin olmaq istəyir.
“Əməliyyatlar Prezident hərbi məqsədlərə tam nail olunduğunu və İranın qeyd-şərtsiz təslim olmaq nöqtəsinə çatdığını müəyyən etdikdə, onlar bunu desələr də, deməsələr də, başa çatacaq”, – deyə Livit bildirib.
O əlavə edib ki, proses əvvəllər elan edilən 4-6 həftəlik müddətdən xeyli irəlidədir.
Ağ Ev sözçüsü həmçinin qeyd edib ki, Prezident Tramp ABŞ-də artan neft qiymətlərini və bunun nəticəsində benzinin bahalaşmasını yaxından izləyir.
Onun sözlərinə görə, İranla bağlı hərbi proses başa çatdıqdan sonra neft və benzin qiymətləri sürətlə enə bilər.
Livit Hörmüz boğazının gəmi trafiki üçün açıq qalmasının vacibliyini vurğulayaraq bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri hələlik boğazdan keçən tanker və ya gəmiləri müşayiət etməyib.
“Lakin bu, mümkün variantlardan biridir. Prezident lazım gələrsə, bu seçimdən istifadə ediləcəyini bildirib”, – deyə o qeyd edib.
“Prezident və enerji komandası bazarları yaxından izləyir və ABŞ ordusu Prezidentin göstərişi ilə Hörmüz boğazını açıq saxlamaq üçün əlavə variantlar hazırlayır”, - Ağ Ev rəsmisi əlavə edib.
Livitt həmçinin bildirib ki, İran boğazda neft axınının qarşısını almağa cəhd edərsə, ABŞ ordusu tərəfindən daha sərt şəkildə hədəfə alınacaq və bu barədə Tehrana xəbərdarlıq edilib.























































