Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
“İranın özünü müdafiə etmək hüququ var” - BMT
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, tərəflər bölgədəki hərbi əməliyyatlar və son hadisələri müzakirə ediblər.
Əraqçi İranın “məcburi müharibə” adlandırdığı vəziyyətə qarşı özünü müdafiə etmək üçün ayrılmaz hüquqa malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran öz təhlükəsizliyinin və vətəndaşlarının həyatının qorunmasını fundamental və müzakirə olunmayan bir məsuliyyət hesab edir.
İranın xarici işlər naziri həmçinin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə bağlı məsuliyyətlərinə toxunaraq, İran hökuməti və xalqının BMT Baş katibinin və BMT Təhlükəsizlik Şurasının təcavüzü və həyata keçirilən hərəkətləri açıq şəkildə pisləmək üçün daha güclü və məsuliyyətli mövqe tutmasını gözlədiyini vurğulayıb.
O deyib ki, bu cür addımlara qarşı susqunluq və ya qeyri-kafi reaksiyalar regionda davamlı qeyri-sabitliyə və gərginliyin artmasına səbəb ola bilər.
Telefon danışığı zamanı BMT Baş katibi də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların xarakterinə toxunaraq, beynəlxalq hüquqa hörmət edilməsinin və gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ ilə bağlı heç bir şübhə yoxdur.
Antonio Quterreş münaqişənin genişlənməsinin qarşısının alınmasının və onun regionda yarada biləcəyi humanitar və təhlükəsizlik nəticələrinin azaldılmasının vacibliyini vurğulayıb.























































