İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
“Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm”
Bu gün MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un ba məşqçisi Kurban Berdıyev jurnalistlərin sullarını cavablandırıb:
“Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi”.
- Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?
- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.
- İbrahima Vadji və Jo Batişda da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...
- Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.
- “Turan Tovuz” kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?
- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.
- “Turan Tovuz” artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?
- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.
- Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?
- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.























































