Mehriban xanım Əliyeva – Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən xeyirxah şəxsiyyət
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
“Müharibəni 6 ay davam etdirə bilərik” - İran
“Müharibəni 6 ay davam etdirə bilərik”.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini deyib.
O, açıqlamasında İranın əməliyyat tempini qorumaqla, ən azı 6 ay davam edən gərgin bir müharibəni davam etdirə biləcəyini bildirib.
Naini əməliyyatların ABŞ və İsrail hədəflərinə yönəldildiyini qeyd edib:
“200-dən çox hədəf ABŞ və İsrail bazalarına və obyektlərinə yönəldilib. İranın atəş gücünün təxminən 60 faizi bölgədəki ABŞ bazalarına, 40 faizi isə İsrail hədəflərinə yönəldilib”.
Sözçü əlavə edib ki, indiyə qədər əməliyyatlarda, əsasən, birinci və ikinci nəsil raketlərdən istifadə olunub və gələcək mərhələlərdə daha inkişaf etmiş, uzaqmənzilli raketlərlə yeni hücum strategiyası tətbiq ediləcək.
Naini həmçinin müharibəni planlaşdıranlarının səhvlərinə toxunub:
“Müharibəni planlaşdıranlar İran liderinə sui-qəsd edildiyi təqdirdə ölkənin 48 saat ərzində dağılacağını, müharibənin yalnız 3 gün davam edəcəyini və İran əleyhinə regional və beynəlxalq koalisiyanın yaradılacağını gözləyirdilər. Lakin onlar bu hesablamalarda tamamilə yanıldılar”.























































