Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Tramp İran ordusu və polisini silahı yerə qoymağa çağırdı
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma üçün artıq gec olduğunu bildirib, bu ölkənin hərbi və təhlükəsizlik qüvvələrini silahları yerə qoymağa çağırıb.
“Qafqazinfo”nun məlumatına görə, Ağ Evdə ötən ilin MLS çempionu olan “İnter Mayami” komandası üçün təşkil olunan qəbul zamanı çıxış edən Tramp İranla bağlı açıqlamalar verib.
O deyib ki, İranlİsraillə İrana qarşı birlikdə hərəkət etmək qərarına gəliblər, çünki əks halda İranın onlara hücum edə biləcəyini düşünüblər.
Trampın sözlərinə görə, indiyə qədər İranın donanması, raket sistemləri və hava qüvvələrinin böyük hissəsi məhv edilib. O bildirib ki, İranın 24 gəmisi vurulub.
“İranlılar mənim razılaşma imzalamağımı istəyirlər. Mən isə onlara bunun üçün artıq gec olduğunu dedim. Hazırda onlarla daha çox mübarizə aparmaq istəyirik”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin İran İnqilab Keşikçilərini, ordusunu və polisini silahları yerə qoymağa çağırıb və bildirib ki, əks halda hamısı öldürüləcək. O, eyni zamanda, İran xalqını ayağa qalxmağa və ölkələrini geri almağa çağırıb.
Tramp iddia edib ki, ABŞ və İsrailin hücumları nəticəsində İranın raketlərinin 60 faizi və raket buraxılış məntəqələrinin 64 faizi məhv edilib.
O əlavə edib ki, əvvəlcə İranla bağlı məsələləri həll etməyi planlaşdırırlar, daha sonra isə diqqəti Kubaya yönəldə bilərlər.
ABŞ Prezidenti dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən iranlı diplomatlara da müraciət edərək, onları sığınacaq axtarmağa çağırıb.
Tramp həmçinin İranın yeni liderinin kim olacağı ilə bağlı prosesi izlədiklərini və yeni rəhbər kim olursa olsun, İranın ABŞ, İsrail və digər qonşu ölkələri təhdid etməyəcəyinə əmin olmaq istədiklərini bildirib.























































