“Heydər Əliyev. Əbədi miras”: layihəsi və topu Lənkəranda təqdim edildi
Fevralın 27-də Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi #YYSİB Azərbaycan Respublikasının Gənclər Fondunun #ARGF maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihə çərçivəsində nəşr olunan “Heydər Əliyev. Əbədi Miras” adlı toplu və layihənin növbəti təqdimatı Lənkəran rayonunun Velədi kənd ümumtəhsil orta məktəbində baş tutub.

Tədbiri Belədi kənd məktəbini direktoru Mahizər Məcidova açaraq Bakıdan gələn layihə heyətini eləcə də digər qonaqları salamladı, mövzunun aktuallığını vurğuladı.

Tanınmış ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, layihə rəhbəri www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov layihə və kitab haqqında, eyni zamanda 3 aylıq fəaliyyətləri haqqında geniş məlumatları məktəbin şagird və pedaqoji kollektivinin, qonaqların diqqətinə çatdırdı.

Tədbirdə çıxış edən qurumun rəsmiləri – ictimai fəallar Hacı Məhəmməd Məmmədov, Ceyhun Süleymanov, Nizami Sıxcanov və Ayxan Hidayət, eləcə də məktəbin müəllim və şagirdləri Ümummilli Liderə ehtiram və sevgilərini ifadə etdilər. Şagirdlər Heydər Əliyevin müdrik kəlamları dan oxudular, suallara cavab verildi. Sonda xatirə fotoları çəkildi.

Kitabdan ümumi olaraq 60 ədəd, o cümlədən 30 nüsxə 27 fevral 2026-cı il tarixində Lənkəran rayonu Velədi kənd ümumtəhsil orta məktəbində keçirilən təqdimat mərasimi zamanı qonaqlara və iştirakçılara paylanıldı. Eyni zamanda topludan 30 nüsxə, eləcə də mövzuya yaxın 100-dqn çox əlavə nəsrlər məktəbin kitabxanasına bağışlandı.
























































