Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Ağcabədi Su İdarəsinin ayaqyoluya gedən qadın işçisi vəzifəsindən azad edildi: Ailəsi məskunlaşdığı binadan çıxarılır - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi Zeynəb Aslanova iş vaxtı ayaqyoluya getdiyi üçün işdən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə idarə rəisi Asəf Quliyev qərar verib.
Məlumata görə, idarənin işçisi, keçmiş məcburi köçkün kimi idarənin həyətindəki yarımtikilidə məskunlaşmış Zeynəb Aslanova təbii ehtiyacını ödəmək məqsədilə təhkim olunduğu ərazini 10 dəqiqəlik tərk edib. Bundan xəbər tutan rəis Asəf Quliyevin tapşırığı ilə Z.Aslanovaya xidməti məlumat yazılıb və ərizəsi alınaraq işdən azad edilib.
Bildirilir ki, A.Quliyev bundan başqa, həmin xanım işçiyə qarşı daha bir biabırçı addım atıb. İdarə rəisi Z.Aslanovanın ailəsini məskunlaşdığı tikilidən də çıxarılması qərarını verib. Belə ki, keçmiş məcburi köçkün olan Z.Aslanova ailəsi ilə birlikdə 1993-cü ildə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin həyətindəki yarımtikilidə məskunlaşıb. İşdən çıxarılandan sonra Asəf Quliyev qadının ailəsi ilə birlikdə həmin yarımtikilidən çıxarılması barədə tapşırıq verib. Bildirib ki, tez bir zamanda həmin yarımtikili boşaldılmalı və idarənin tərkibinə qaytarılmalıdır.
İdarənin məsul şəxsləri artıq bu barədə Z.Aslanovaya xəbərdarlıq edib və tez bir zamanda həmin ərazini boşaltmasını tapşırıblar.
Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevin idarənin 12 xanım işçisini rayon ərazisindəki istifadəsiz su kanalı ətrafında yaratdığı "postlar"a təhkim etməsi, onların səhər saat 09:00-dan 18:00-a qədər postlarda olmaları, xüsusi "kod" vasitəsilə hər iki saatdan bir telefonla olduğu ərazini, mühafizə etdiyi yeri, saatı deməklə videogörüntü çəkib, A.Quliyevin tapşırığı ilə yaradılmış "Şəhər-2" qrupuna atmaları barədə məlumat vermişdik. Yazıda həmin qadınların yalnız təbii ehtiyaclarını ödəmək üçün (ayaqyoluya getmək üçün) günün sonuna qədər cəmi bir dəfə olmaqla, 20 dəqiqə müddətinə ərazini tərk edə bilməsi də qeyd edilmişdi.
Samir Əli






















































