Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
"Cansız Yer" modeli alimləri təəccübləndirdi
ABŞ alimləri müəyyən ediblər ki, Yer üzərində heç bir orqanizm olmasaydı belə, planet yalnız geoloji proseslər hesabına yaşayış üçün yararlı qala bilərdi.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri barədə "Medical Xpress" nəşri məlumat yayıb.
Alimlər "cansız Yer"in ən detallı kompüter modellərindən birini hazırlayıblar. Simulyasiya zamanı hər hansı həyat formalarının təsiri istisna edilib və planetin 4,5 milyard il ərzində təkamülü izlənilib. Modeldə yerin təkinin soyuması, vulkanik aktivlik, atmosferin formalaşması, karbon dövranı və okean səthindən Günəş işığının əks olunması kimi amillər nəzərə alınıb.
Bioloji proseslər olmadan belə, model sənaye dövründən əvvəlki Yerin 19 əsas xüsusiyyətini - orta temperaturu, atmosferin tərkibini və okeanların kimyəvi parametrlərini əks etdirə bilib. Bu isə o deməkdir ki, planet nəzəri olaraq milyardlarla il ərzində yalnız daxili geodinamika və kimyəvi reaksiyalar hesabına maye suyu və mülayim iqlimi qoruyub saxlaya bilərdi.
Tədqiqatın nəticələri astronomiya üçün praktik əhəmiyyət daşıyır. NASA gələcəkdə digər ulduzların ətrafında yerləşən qayalı planetləri birbaşa müşahidə etmək və həyat əlamətlərini araşdırmaq məqsədilə "Habitable Worlds Observatory" rəsədxanasını işə salmağı planlaşdırır. Həqiqətən yaşayışın mövcud olduğu planetlə sadəcə yaşayış üçün yararlı olan planeti fərqləndirmək üçün alimlər eyni dünyanın "canlı" və "cansız" versiyalarının necə göründüyünü müəyyən etməlidirlər.























































