Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
İsrail Tehrana yenidən hücum etdi
İsrail ordusu İranın paytaxtı Tehrana qarşı yeni hücum dalğasına başladığını açıqlayıb. Məlumata görə, hücumlar kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, İsrailin yeni hücum təhdidindən qısa müddət sonra İran Radio və Televiziya Korporasiyasının yerləşdiyi ərazidə güclü partlayışlar qeydə alınıb.
Qurumun rəhbərliyi insidentlə bağlı açıqlamasında indiyədək ölən və ya yaralanan olmadığını, yayımların isə fasiləsiz davam etdirildiyini bildirib.
İsrail ordusunun açıqlamasında qeyd olunub ki, hücumlar çərçivəsində Tehran administrasiyasına məxsus rabitə mərkəzi də hədəfə alınıb. Həmçinin, paytaxtın müxtəlif bölgələrində əməliyyatların davam etdiriləcəyi bildirilib.
İran mediasının yaydığı xəbərlərə görə, hücumlar paytaxtın mərkəzində yerləşən Vəliəsr prospekti, köhnə parlament binasının ətrafı və şəhərin şərq hissəsində qeydə alınıb. Məlumatlarda bəzi inzibati binaların da hədəfə alındığı qeyd edilir. Bununla belə, parlament binasının zərər görmədiyi bildirilir.
Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu proses Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edib.
İran tərəfi cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla, bir sıra regional hədəflərə, eləcə də, İsrail ərazisinə zərbələr endirdiyini açıqlayıb.
İran rəsmilərinin məlumatına əsasən, bombardmanlar nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. İran Qırmızı Aypara Cəmiyyəti ölkə üzrə hücumlar nəticəsində 555 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını bildirib.























































