Menu
Xəbər Lenti
İranda zəlzələ olub
27-02-2026, 10:49

İranda zəlzələ olub

02 Mart 2026 15:26Manşet / Gündəm / Mədəniyyət

10 İLLİK UĞURLU MEDİA YOLU

 

Gündəlik informasiya axınında "feyk" xəbərlərin və dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə, 10 illik media təcrübəsinə malik “Təhsil-Press” İnformasiya Agentliyinin dürüst və peşəkar fəaliyyəti təqdirəlayiq hal olaraq xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, çoxsaylı informasiya resursları səhihlə səhv arasında sərhədləri bulanıq göstərərək, oxucularını çaşdırmaqdadırlar... Belə bir mürəkkəb şəraitdə, cəmiyyətdə etimad qazanmaq və onu qorumaq heç də asan deyil. Fərəhlə demək olar ki, “Təhsil-Press” bu missiyanı uğurla yerinə yetirir və bu, məhz rəhbərliyin peşəkarlığı və prinsipial yanaşması ilə mümkündür.


Bu məsuliyyətli və çətin missiyanın əsas yükü, şübhəsiz ki, agentliyin rəhbərliyinin - Əkbər Hüseynzadənin üzərinə düşür. O, yalnız peşəkar, həqiqətə sadiq jurnalist kimi deyil, həm də fəaliyyətində prinsipial və əxlaqlı yanaşma sərgiləyən bir rəhbər olaraq seçilir.


Çağdaş dövrü qloballaşma və elmi-texniki tərəqqi şərtləndirir. Bu baxımdan zamanla birlikdə mətbuatın təkcə ənənəvi deyil, həm də rəqəmsal aləmdə fəaliyyət göstərməsi zərurət halını alıb. Təbii olaraq bu müstəvidə təhsili təmsil edən media qurumlarının rəqəmsal platformada güclü iştirak etməsi və etibarlı informasiya mənbəyi olması daha da vacibdir. “Təhsil-Press“ da məhz bu missiyanı öz üzərinə götürərək təhsil sahəsində operativ, dolğun və doğru məlumatlarla oxucularına xidmət edir.


Agentlik təhsil sahəsində qəbul edilən qərarları, aparılan islahatları, müasir idarəetmə modellərinin tətbiqini, tədris keyfiyyətinin artırılmasını, kadr potensialının gücləndirilməsini və şəffaflığın təmin olunmasını mütəmadi olaraq işıqlandırır. Eyni zamanda, təhsil müəssisələrində baş verən yeniliklər, tanınmış mütəxəssislərin təklifləri və analitik yazıları da saytda təqdim olunur. Beləliklə, “Təhsil-Press” sadəcə xəbər vermir, həm də müasir təhsil sisteminin inkişafı üçün dəyərli bir fikir mənbəyinə çevrilir.


Agentlik ölkədəki dövlət qurumları, təhsil müəssisələri və digər təşkilatlarla fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, mətbuat haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və hüquq pozuntularına qarşı həssas mövqe nümayiş etdirilir.


Ötən il Azərbaycan mediası üçün əlamətdar oldu. Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam dövlətin mətbuata olan yüksək diqqət və qayğısının bariz nümunəsi oldu. Dövlət başçısı tərfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə media sahəsində xüsusi xidmətləri olan şəxslər təltif edildi. Təltif olunanlar arasında, fəaliyyətindən bir ziyalı, oxucu olaraq razı qaldığım “Təhsil-Press" İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadə də yer aldı.


Qeyd edim ki, Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmaqla yanaşı, əlavə hüquq təhsili də almışdır. Uzun illər müxtəlif media orqanlarında məsul vəzifələrdə çalışmış, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına dair mühüm hadisələri peşəkarlıqla işıqlandırmışdır. 2007-ci ildən etibarən isə təhsil sahəsində jurnalistika fəaliyyəti göstərərək bu sahənin nüfuzlu ekspertlərindən birinə çevrilmişdir. O, yalnız “Təhsil-Press” İnformasiya Agentliyində deyil, həmçinin digər mətbu və elektron KİV-lərdə də aktual mövzularda çıxış edir, müsahibələr və analitik yazılarla ictimai rəyə təsir göstərir.


Əkbər Hüseynzadə, sözünü açıq deyən, haqqın və ədalətin tərəfində duran, prinsipial və əqidəsinə sadiq bir jurnalistdir. Onun səmimiyyəti və prinsipiallığı həmkarları və oxucuları arasında onu fərqləndirən əsas keyfiyyətlərdəndir.


Xoş ovqatda “Təhsil-Press” İnformasiya Agentliyinin kollektivini 10 illik yubiley münasibətilə, başda Əkbər Hüseynzadə olmaqla, səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram.


Ulu müdriklırimizin idrak nuruna boyanmış, qədimliyi qədərincə müasir səslənən təbirincə yol gedənindir. Yolunuz açıq, işiniz avand olsun!


 

Tapdıq ƏLİBƏYLİ

şair-publisist,

AYB və AJB-nin üzvü,

TAİB İdarə Heyətinin üzvü,

Prezident təqaüdçüsü