XTQ-nin kəşfiyyatçısı, “Xanış” ləqəbli qəhrəman baş gizir Şərafəddin Xankişiyevlə müsahibə
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
Xocalı soyqırımı qurbanlarının xatirəsi region gəncləri tərəfindən anılıb
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. 1992-ci ilin fevralında baş vermiş hadisələr nəticəsində Xocalı şəhərinin dinc sakinləri həyatını itirmiş, çox sayda insan yaralanmış və itkin düşmüşdür.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur. Faciənin beynəlxalq müstəvidə tanıdılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” Kampaniyası xüsusi əhəmiyyət daşıyır. Məhz bu sistemli və məqsədyönlü fəaliyyət nəticəsində dünya ictimaiyyəti Xocalıda törədilmiş cinayətlər barədə daha dolğun və obyektiv məlumatlandırılmış, faciənin mahiyyəti beynəlxalq müstəvidə geniş şəkildə təqdim olunmuşdur. Həmçinin, Xocalıya Böyük Qayıdış prosesi tarixi ədalətin bərpasının və dövlətimizin prinsipial mövqeyinin real nəticəsidir. Yenidən qurulan və dirçələn Xocalı xalqımızın iradəsinin, milli birliyinin və gələcəyə inamının bariz ifadəsidir.
Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq və tarixi həqiqətləri gənclərə çatdırmaq məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə regionlarda silsilə tədbirlər təşkil edilib.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanı, Xocalı Soyqırımı abidəsi və “Ana Harayı” abidəsi ziyarət olunub, abidələr önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, regionlarda gənclərin və dövlət rəsmilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib. Müzakirələr zamanı Xocalı hadisələrinin tarixi və hüquqi aspektləri, beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər və gənclərin bu prosesdə rolu barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, anım sərgisi təşkil edilib. Sərgidə Xocalı soyqırımını əks etdirən foto materiallar və tarixi faktlar nümayiş etdirilib. Anım tədbirləri çərçivəsində “XOCA” və “Dolu” bədii filmləri, eləcə də “Xocalı Haqqı” və “25 böyüməyən uşaq” sənədli filmləri təqdim olunub.
Keçirilən tədbirlər tarixi yaddaşın qorunmasına, Xocalı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına və gənclərin bu istiqamətdə maarifləndirilməsinə töhfə verib.























































