Xəbər Lenti
Dünən, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Dünən, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Dünən, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Dünən, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Dünən, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Dünən, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Dünən, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Dünən, 10:00
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Dünən, 09:15
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Dünən, 09:00
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
9-05-2026, 20:54
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 19:31
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 18:54
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
9-05-2026, 18:49
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
9-05-2026, 18:44
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
9-05-2026, 18:29
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 17:50
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
9-05-2026, 15:36
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
9-05-2026, 14:55
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
9-05-2026, 14:36
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
9-05-2026, 11:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Sabitlik, təhlükəsizlik və inkişaf
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycanın müasir siyasi tarixində yalnız anım mərasimi deyil, həm də dövlət ideologiyasının, milli yaddaş konsepsiyasının və postmünaqişə mərhələsində formalaşan yeni identitet modelinin rəmzi hadisəsi kimi qiymətləndirilməlidir. Açılış mərasimində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı bu hadisəyə verilən ali siyasi və mənəvi statusun göstəricisidir.
Memorialın yaradılması Prezidentin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Bu fakt memorialın spontan təşəbbüs deyil, dövlət səviyyəsində qəbul edilmiş strateji qərar olduğunu göstərir. Yəni burada söhbət yalnız memarlıq obyektindən getmir; burada tarixi yaddaşın institusionallaşdırılmasından, hüquqi çərçivəyə salınmasından və gələcək nəsillərə sistemli şəkildə ötürülməsindən gedir.
Yaddaş siyasəti müasir dövlətlər üçün təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. Tarixini unudan və ya onu qorumaq üçün institusional mexanizmlər qurmayan dövlətlər informasiya müharibəsində zəifləyir. Xocalı Memorialı isə bu baxımdan dövlətin kollektiv yaddaşı rəsmi və daimi platformaya çevirməsinin bariz nümunəsidir. Layihənin Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında reallaşdırılması dövlət və ictimai diplomatiyanın sinxron fəaliyyətinin davamlı xarakter aldığını göstərir.
Ölkə rəhbəri İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı təkcə anım xarakterli siyasi nitq deyil, müasir Azərbaycan dövlətçiliyinin ideoloji arxitekturasını, təhlükəsizlik fəlsəfəsini və postmünaqişə mərhələsində formalaşdırdığı yeni regional reallığı sistemli şəkildə ifadə edən konseptual sənəd kimi qiymətləndirilə bilər. Bu çıxışda tarixi yaddaş, beynəlxalq hüquq, hərbi-strateji planlama, informasiya müharibəsi, dövlət quruculuğu və sülh gündəliyi vahid siyasi məntiq daxilində birləşdirilir.
Xocalı soyqırımı Azərbaycan xalqının kollektiv yaddaşında təkcə faciə deyil, milli kimliyin formalaşmasında dönüş nöqtəsidir. Dövlət başçısının çıxışında bu hadisənin “insanlığa qarşı cinayət” kimi təqdim edilməsi məsələni regional münaqişə çərçivəsindən çıxararaq universal hüquq və ədalət müstəvisinə keçirir. Bu yanaşma mühüm siyasi-strateji xəttdir: hadisə etnik qarşıdurma kimi deyil, beynəlxalq hüququn pozulması kimi çərçivələndirilir.
Kollektiv travmalar iki istiqamətdə inkişaf edə bilər: ya uzunmüddətli psixoloji zəiflik yaradır, ya da milli konsolidasiyanın əsasına çevrilir. Azərbaycan nümunəsində ikinci model müşahidə olunur. Çıxışda “ədalətə inam”, “dövlətə inam”, “orduya inam” kimi ifadələrin ardıcıl vurğulanması göstərir ki, travma dağıdıcı yox, mobilizasiyaedici faktora çevrilmişdir. Bu, siyasi liderliyin strateji idarəetmə qabiliyyətinin göstəricisidir.
Xocalı məsələsinin beynəlxalq miqyasda tanınması istiqamətində atılan addımlar dövlət diplomatiyası ilə ictimai diplomatiyanın sinxron fəaliyyətinin nəticəsidir. Bu kontekstdə Heydər Əliyev Fondunun rolu xüsusi əhəmiyyət daşıyır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası informasiya müharibəsində təşəbbüsün ələ alınması baxımından dönüş nöqtəsi oldu.
Burada iki mühüm nəticə əldə edildi. Birincisi, Xocalı faciəsi lokal hadisə kimi deyil, sistemli etnik təmizləmə siyasətinin elementi kimi təqdim edildi. İkincisi, beynəlxalq müzakirə platformalarında alternativ narrativ formalaşdırıldı və erməni təbliğatının uzun illər qurduğu informasiya üstünlüyü balanslaşdırıldı. Beynəlxalq münasibətlər nəzəriyyəsində legitimlik hərbi gücdən az əhəmiyyət daşımır. Azərbaycan uzun illər ərzində hüquqi əsasların formalaşdırılması ilə paralel olaraq siyasi mövqeyini beynəlxalq qərar və qətnamələrlə möhkəmləndirdi. Bu isə sonrakı hərbi mərhələnin diplomatik zəminini hazırladı.
Ölkə başçısının çıxışında xüsusi vurğulanan “hazırlıq dövrü” anlayışı təsadüfi deyil. 44 günlük müharibə ani emosional qərarın nəticəsi deyildi. Bu, uzunmüddətli strateji planlamanın məhsulu idi. Dövlət əvvəlcə iqtisadi dayanıqlılığı təmin etdi, enerji layihələri vasitəsilə geosiyasi çəkisini artırdı, çoxtərəfli və ikitərəfli tərəfdaşlıq şəbəkəsi qurdu, paralel olaraq isə silahlı qüvvələrin modernləşdirilməsinə investisiya yatırdı. Bu model klassik realist təhlükəsizlik yanaşmasına uyğundur. Yəni övlət öz təhlükəsizliyini ilk növbədə öz resursları və potensialı hesabına təmin etməlidir. Çıxışda “heç kimdən asılı olmayan iqtisadiyyat”, “güclü ordu”, “müstəqil siyasət” kimi ifadələrin ardıcıl səsləndirilməsi bu doktrinanın siyasi manifestidir.
2020-ci il Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi. Bu, beynəlxalq hüququn icrasının faktiki təmin edilməsi idi. 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrin reallığa çevrilməsi güc vasitəsilə baş verdi. Lakin mühüm məqam ondan ibarətdir ki, hərbi qələbə hüquqi mərhələ ilə tamamlandı. Müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması qisas anlayışından fərqli olaraq hüquqi məsuliyyət mexanizminin işə salınmasıdır. Dövlət başçısının “ədaləti biz özümüz təmin etdik” tezisi beynəlxalq sistemin selektivliyinə cavab olaraq irəli sürülən siyasi doktrinadır. Bu, güc və hüququn paralel tətbiq modelidir.
2023-cü ildə həyata keçirilmiş qısamüddətli antiterror əməliyyatı postmüharibə mərhələsində yarımçıq qalmış suverenlik məsələsini həll etdi. Bu mərhələ bir neçə aspektdən əhəmiyyətlidir. Birincisi, dövlət öz ərazisində paralel silahlı strukturların mövcudluğuna son qoydu. İkincisi, reinteqrasiya çağırışlarının rədd edilməsi fonunda alternativ hüquq-mühafizə mexanizmi işə salındı. Üçüncüsü, regional və beynəlxalq aktorlara açıq mesaj verildi ki, Azərbaycan suverenlik məsələsində kompromisə getməyəcək. Bu əməliyyat göstərdi ki, siyasi səbr tükəndikdə və təhlükəsizlik riski davam etdikdə dövlət sürətli və lokal hərbi həll modelinə üstünlük verir.
Memorial Kompleksin məhz Xocalıda açılması simvolik siyasətin ən güclü formalarından biridir. Əvvəllər paytaxtda nəzərdə tutulan layihənin azad edilmiş ərazidə reallaşdırılması “yaddaşın öz coğrafiyasına qaytarılması” anlamına gəlir. Bu, tarixin məkanla bağlanmasıdır. Bu addım göstərir ki, Azərbaycan üçün yaddaş siyasəti emosional deyil, strateji və uzunmüddətli konsepsiyadır.
Cənab İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycanın müharibəni beynəlxalq humanitar hüquq çərçivəsində apardığına dair vurğudur. Bu, beynəlxalq auditoriyaya ünvanlanmış mesajdır. Məqsəd Azərbaycanın regional sabitlik aktoru kimi mövqeyini möhkəmləndirməkdir.
Yeni mərhələdə əsas prioritet dayanıqlı sülh arxitekturasının qurulmasıdır. Lakin bu sülh birtərəfli güzəşt üzərində deyil, formalaşmış yeni reallığın qəbul edilməsi üzərində qurulmalıdır. Çıxışda “Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil” ifadəsi məhz bu dəyişmiş güc balansının siyasi xülasəsidir. Son 30 ilin təcrübəsi göstərdi ki, milli konsolidasiya, güclü liderlik və strateji planlama paralel şəkildə inkişaf etdikdə nəticə qaçılmaz olur. Xocalı Memorialının açılışı dövlətin öz tarixi ilə barışmasının deyil, onu gücə çevirməsinin təzahürüdür.
Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı sadəcə anım mərasimi deyil. Bu hadisə Azərbaycan dövlətinin keçdiyi tarixi yolun siyasi-hüquqi yekunu, strateji səbrin nəticəsi və milli iradənin təntənəsidir. Burada keçmişin ağrısı gələcəyin təhlükəsizlik doktrinasına çevrilir. Ədalət yalnız tələb edilmir, təmin olunur. Burada yaddaş zəiflik deyil, güc mənbəyidir. Bu mərasimlə verilən əsas mesaj aydındır: güclü dövlət, vahid milli iradə və ardıcıl strategiya olduqda tarixi ədalətsizliklər gec də olsa aradan qaldırılır və yeni geosiyasi reallıq formalaşdırılır. Azərbaycan məhz bu mərhələyə qədəm qoyub.
Xocalı Soyqırımı Memorialının açılışı müasir Azərbaycan dövlətinin keçmişə münasibətinin, bu günü dəyərləndirməsinin və gələcəyi planlaşdırmasının kompleks ifadəsidir. Burada tarix yalnız xatırlanmır, o, siyasi və mənəvi gücə çevrilir. Burada yaddaş yalnız ağrı deyil, dövlətçilik dərsidir. Burada memorial yalnız abidə deyil, milli iradənin və suverenliyin vizual manifestidir.
Bu gün Xocalıda ucaldılan memorial göstərir ki, Azərbaycan artıq öz tarixinin obyektindən subyektinə çevrilmişdir. Dövlət həm ədaləti təmin etmiş, həm də həmin ədalətin simvolunu məhz faciənin baş verdiyi torpaqda ucaldaraq yeni bir mərhələnin əsasını qoymuşdur.