Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi – Xocalı” adlı anım tədbiri keçirilib.
“Xezertv.info” xəbər verir ki, fevralın 26-da Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə “Əsrin faciəsi – Xocalı” adlı tədbir təşkil olunub. Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Anım mərasimində məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Ramiz Ramazanov Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir və gələcək nəsillər bu faciəni unutmamalıdır. Müəssisə rəhbəri əlavə edib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur və bu faciə milli yaddaşımızda daim yaşayacaqdır.
Tədbir çərçivəsində rejissor Vüsal Əhmədzadənin “Əsirlikdə 8 gün” adlı bədii filmi nümayiş olunub. Film Xocalı soyqırımının şahidi olmuş və səkkiz gün erməni əsirliyində ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin taleyi fonunda faciənin ağrılı nəticələrini əks etdirir. Ekran əsərində bacı-qardaşın əsirlikdə keçirdiyi dəhşətli günlər və çəkdikləri iztirablar real faktlar əsasında şagirdlərə təqdim olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli yaddaşın formalaşdırılması, vətənpərvərlik ruhunun gücləndirilməsi və Xocalı həqiqətlərinin unudulmamasına töhfə vermək olub.
Fərid Faiqoğlu
AJB-nin üzvü





























































