Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Bir şamın işığında görünən qaranlıq: tapdanmış hüquqların dövlət vicdanına çatdırdığı susmayan həqiqət
Əziz qardaşım Səməndər!
Bu sətirləri sənə ürəyimin ən dərin yerindən, adımından və bütün varlığımla yazıram. Doğum günün mübarək olsun, mənim cənnət mələyim! Sən mənim üçün təkcə qardaş yox, saflığın, düzlüyün, təmiz niyyətin abidəsi, canlı nümunəsisən. Sən yalanın nə olduğunu bilməyən, qəlbi işıqla dolu, səssiz və səbirli bir mələksən. Sənin baxışlarında kin yoxdur, sözlərində hiylə yoxdur, ürəyində qaranlıq yoxdur. Sən Allahın yer üzündəki saf əmanətisən.
Amma bu saf dünyanın içində, sənin və sənin kimi minlərlə cənnət mələyinin haqqına girənlər də var. Adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan Sosial Xidmətlər Agentliyi, müdafiə, adı xidmət, adı qayğı olan bəzi qurumlarda – o dırnağarası layihələrlə milyonlarla haqqı yeyən, kağız üzərində mərhəmət göstərib gerçəkdə laqeyd qalan azğın məmurlar var. Onlar sənin kimi pak qəlbli insanların adından istifadə edib özlərinə pay çıxaranlardır. Halbuki sənin və sənin kimi minlərlə mələyin haqqı yeyilmək üçün deyil – qorunmaq, yaşadılmaq, ucaldılmaq üçündür.
Mən bu gün sənin doğum günündə bir arzu edirəm: İnşallah, Allah o dırnağarası məmurların qarşısına sənin kimi saf, dürüst, günahsız cənnət mələklərini çıxarsın. Qoy bir gün onların da gözlərinə sənin kimi təmiz baxışlar baxsın. Qoy o zaman anlasınlar ki, mələklərin haqqına girmək nə deməkdir. Qoy başa düşsünlər ki, cənnət mələklərinin haqqını yemək yox, onları sevmək, onların qayğısında durmaq, onların duasını almaq lazımdır.
Mənim qarşı duruşum qəti və sarsılmazdır. Sənin və sənin kimilərin haqqı tapdananda susmaq olmaz. Çünki sən və sənin kimi minlərlə insan bu dünyanın ən təmiz vicdanısınız. Sizin haqqınız yeyiləndə, əslində insanlıq sınır.
Əminəm ki, bir gün haqq öz yerini tapacaq. Sənin kimi mələklərin haqqını yeyənlər bir gün vicdanın qarşısında, ədalətin qarşısında cavab verəcəklər. Mən buna bütün qəlbimlə inanıram. Qoy o gün gələndə, onlar başa düşsünlər ki, ən böyük güc vəzifə yox, təmiz ürəkdir.
Əziz qardaşım, sən mənim fəxrim, qürurum, dualarımın ən saf yerisən. Sənin varlığın mənim üçün nemətdir. Allah səni qorusun, qəlbini həmişə belə saf saxlasın. Sənin təbəssümün dünyaya dəyər.
Dövlət başçımız sizi vəzifəyə ona görə təyin etməyib ki, mənim əlilim kimi minlərlə əlilin haqqını kəsərək kreslonuzu möhkəmləndirəsiniz, şəxsi rifahınızı genişləndirəsiniz; sizin borcunuz əlillərin haqqını yemək deyil, onların hüququnu qorumaq və dövlətin sizə həvalə etdiyi etimadı vicdanla daşımaqdır.
Doğum günün mübarək olsun, mənim cənnət mələyim.
Səmimi hörmətlə bacın Cəmilə ÇİÇƏK
/Zekainfo.az























































