Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Nərimanov rayonunda Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsi yad edilib
“Xezertv.info” xəbər veriri ki, 26 fevral 2026-cı il tarixdə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalılarla görüş keçirilib. Tədbirdə RİH başçısı Elgin Həbibullayev, Nərimanov rayon Ağsaqqallar şurasının sədri Arif Hümbətov, Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, rayon ictimaiyəti və gənclər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı abidəsi ziyarət edilib, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər natiqlər Xocalı soyqırımının dünya tarixinin ən faciəli səhifələrindən biri olduğunu bildiriblər, onlar soyqırım hadisəsinin beynəlxalq aləmdə tanıdılmasının çox mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox mühüm və zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və daha sonra Qarabağ ərazisində heyata keçirilən anti-terror əməliyyatında qazanılan böyük Zəfərlə düşməndən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisasının alındığı, bu gün Xocalıda və bütün Qarabağımızda geniş abadlıq və böyük quruculuq işlərinin aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə Nərimanov rayon Ağsaqqalar şurasının sədri, Vətən müharibəsi qəhrəmanı, şəhid baş-leytenant Azad Hümbətovun atası Arif Hümbətov və Xocalı soyqırımı qurbanlarının ailə üzvləri çıxış edərək bu faciənin dəhşətlərindən danışmış, onlara dövlət tərəfindən göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.




























































