Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Fransada aktyorlar süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırdılar
Fransada təxminən dörd min aktyor və kino xadimi süni intellektin (Sİ) onların səs və obrazlarından icazəsiz istifadəsinə qarşı çıxaraq açıq məktub imzalayıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, məktubun mətni "Le Parisien" qəzetinin saytında dərc olunub.
Məktubda bildirilir ki, Sİ tərəfindən aktyorların səslərinin klonlanması və obrazlarının reklamlarda istifadəsi geniş yayılıb və bu, sənətçilər üçün ciddi rəqabət yaradır. Qeyd olunur ki, Sİ ilə hazırlanmış reklam təkliflərində qonorarlar daha aşağıdır və bu cür təkliflər təkcə tanınmış ulduzlara deyil, aztanınan yüzlərlə aktyora da ünvanlanır.
Mədəniyyət xadimləri hökuməti təcili şəkildə hüquqi mexanizmlər yaratmağa çağıraraq, Sİ-nin yaradıcı fəaliyyətlə yanaşı mövcud ola bilməsi və müəllif hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.























































