İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Səyahət üçün məsləhət görülməyən yeddi region
Məşhur səyahət bələdçisi "Fodors"un mütəxəssisləri turistlərə 2026-cı ildə səyahət etməmələri tövsiyə olunan "qırmızı" yerlərin illik siyahısını tərtib ediblər.
Oxu.Az-ın Life.ru-ya istinadən verdiyi xəbərə görə, siyahıya dünyanın hər yerində səyahətçilərin dağıdılmış infrastrukturdan tutmuş yerli sakinlərin etirazlarına qədər ciddi problemlərlə qarşılaşa biləcəyi yeddi məkan daxildir.
İlk növbədə, mütəxəssislər Keniyanın Mombasa şəhərini (zibillə dolu çimərliklər, xroniki tıxaclar səbəbindən) qeyd ediblər. İkinci yerdə buzlarda gizlənən patogenlərin yayılma riskinə görə Antarktida gəlir.
2026-cı ildə keçən il təxminən 18 milyon ziyarətçini qəbul edən Kanar adalarına, Meksikanın Mexiko şəhərinə, eləcə də İsveçrənin Yunqfrau bölgəsinə və ABŞ-nin Buzlaq Milli Parkı kimi məşhur təbii ərazilərə səyahət etməmək tövsiyə olunub. İtaliyanın İzola-Sakra adası da səhayət üçün məsləhət görülməyən məkanlardan hesab olunub. Bu bölgələrdə sonsuz sayda turist axınından bezən yerli sakinlər mövcud vəziyyətdən narazılıqlarını bildirərək getdikcə daha çox etiraz aksiyaları keçirirlər.
Qeyd olunur ki, turistlər bu yerlərdə əsaslandılmamış yüksək qiymətlər, yerli sakinlərin düşmən münasibəti və kritik infrastruktur problemləri ilə qarşılaşa bilərlər.























































