Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

21 Fevral 2026 11:31Manşet / Gündəm / Sosial

Faciəli şəkildə həlak olan FHN əməkdaşı dəfn olundu

 

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş verən yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, Neftçala rayonunun Şorbaçı kənd sakini, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev Neftçala rayonunun Şorbaçı kənd qəbiristanlığında dəfn edilib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri - Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.