Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Yutubun ilk videosu satın alındı
Londonda yerləşən “Viktoriya və Albert” Muzeyi (V&A) yutub tarixinin ilk videosunu və həmin dövrə aid yenidən qurulmuş veb səhifəni kolleksiyasına əlavə edib.
“Qafqazinfo” xəbər verir ki, söhbət platformanın həmtəsisçisi Caved Karim tərəfindən 23 aprel 2005-ci ildə paylaşılan 19 saniyəlik “Me at the zoo” (“Mən zooparkdayam”) adlı videodan gedir.
“San Diego Zoo”da lentə alınan və Karimin özünün yer aldığı görüntü bugünədək 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb.
Muzeyin rəqəmsal qoruma qrupu yutubun 8 dekabr 2006-cı il tarixli dizaynını və istifadəçi təcrübəsini yenidən yaratmaq üçün 18 ay çalışıb. Layihə platformanın istifadəçi təcrübəsi komandası və Londonda yerləşən “Oio” dizayn studiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
V&A-nın baş kuratoru Korinna Qardner bu addımı internet və rəqəmsal dizayn tarixində mühüm mərhələnin sənədləşdirilməsi kimi qiymətləndirib.
Sözügedən materiallar V&A-nın Cənubi Kensinqtondakı “Design 1900-Now” qalereyasında nümayiş olunur. Yenidənqurma prosesinin detalları isə Stratforddakı “V&A East Storehouse”da təşkil ediləcək ayrıca sərgidə təqdim ediləcək.























































