Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Dünən, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

19 Fevral 2026 05:09Manşet / İdman

“Qapıçımız buraxılan qola görə kədərləndi” - Eddi Hau

 

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində “Nyukasl”la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Nyukasl”ın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırıb:

“Bu gün yaxşı çıxış etdik, dominant tərəf biz idik. Qapıçımız buraxılan qola görə kədərləndi. Müəyyən boşluğa yer verdik. Bunun üzərində işləməliyik. Buraya gəldikdən öncə də demişdim ki, bizi çətin oyun gözləyir. Püşkatmada bəxtimizin gətirdiyini deməzdim. “Qarabağ”ın keyfiyyəti çox yüksəkdir. “Çelsi” ilə burada yaxşı oyun sərgiləmişdilər. Bu səviyyədə çıxışı davamlı etmək, əhval-ruhiyyəni yüksək saxlamaq lazımdır”.