Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Orxan Lökbatanlı yayılan xəbərlərə cavab verdi - “Allaha tapşırıram”
Tanınmış meyxanaçı Orxan Lökbatanlı barəsində yayılan ölüm xəbərlərinə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında video paylaşıb.
Səs tellərindən əməliyyat olunan meyxanaçı xəbərlərdən təəssüfləndiyini bildirib:
“Hansısa vicdansız, ona azərbaycanlı demək olmaz. O elə azərbaycanlı düşmənidir. Götürüb xəbər yayıb ki, Orxan vəfat edib. Əvvəla, ölümü hər gün xatırlamaq lazımdır, amma Ramazan ayının ilk günü, niyyət axşamı bu qədər insanı narahat etmək... Belə bir adamı Allaha tapşırıram”.























































