Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
“Tehran bunu təsdiqləməyə hazırdır”
“İranın nüvə silahı əldə etmək niyyəti yoxdur və Tehran bunu təsdiqləməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Cenevrədə ABŞ ilə nüvə danışıqlarının ikinci mərhələsindən sonra ölkəsinin nüvə proqramı ilə bağlı üç vətəndaş cəmiyyəti fəalı ilə müsahibəsində deyib.
Prezident vurğulayıb ki, ölkəsi Əli Xamenei tərəfindən verilmiş fətvaya və öz dini inanclarına uyğun olaraq nüvə silahının hazırlanmasını qəbuledilməz hesab edir.
“Biz heç bir şəkildə nüvə silahı əldə etmək niyyətində deyilik və bunu təsdiqləməyə hazırıq. Lakin səhiyyə, kənd təsərrüfatı və sənaye kimi dinc sahələrdə istifadə edilən nüvə texnologiyasından imtina etməyi qəbul etmirik”, – deyə Pezeşkian bildirib.
Qeyd edək ki, 2025-ci ilin iyununda İsrail və ABŞ-ın İrana hücumları fonunda 12 gün davam edən qarşıdurma səbəbindən dayandırılan diplomatik proses son həftələr yenidən bərpa olunub. Danışıqların birinci mərhələsi Omanın paytaxtı Məsqətdə keçirilib, ikinci mərhələ isə Cenevrədə baş tutub.
İranın xarici işlər naziri Abbas Araqçı Cenevrə görüşlərinin yekunu ilə bağlı bildirib ki, tərəflər mümkün razılaşmanın əsas prinsipləri üzrə ümumi anlaşmaya gəliblər.























































